18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tolikdən Əli Həsənova dəstək: “Millət vəkillərindən də əsgərliyə getməyənlər var”
“Mən Əli Həsənovun bu fikirinə görə dəstəkləyirəm.”
Bunu aznews.az-a açıqlamasında tanınmış prodüsser Tolik (Tarix Əliyev) baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “hərbi xidmətdə olmayan və fərarilik edənlərə qız verməyin” fikirinə münasibətində deyib. Tolik özünün də hərbi xidmətdə olmadığını vurğulayıb:
“Əli müəllim yaşda məndən böyükdür, məncə düz deyir. Sovet vaxtı oğlan evinin nəyinə üstünlük verirdilər? Oğlanın evi, diplomu var, işləyir, vəssalam, deməli ona qız vermək olar. İndi hərbi xidmət gündəmə gəlib. Deyirlər ki, əsgərlikdə olmayana qız verməsinlər. Məsələn, mən əsgərlikdə olmamışam, bəzilər kimi yararsız deyiləm. Onlar yalandan 9B alıblar, məndə isə yazılıb ki, sülh vaxtı hərbiyə yararsız, müharibə vaxti yararlı…Bilmirəm, bu nə maddədir. 37 yaşım var, daha mənim əsgərlik vaxtım gedib. Sabah desələr ki, hamı əsgər gedir, mən də gedəcəm. Bəziləri kimi qaçmayacam.”
Tolik qeyd edib ki, əsgərlik kişi məktəbidir: “Hərbi xidmətə getməyənlərdən söz düşən kimi hamının yadına şou-biznes düşür. Amma millət vəkillərindən də əsgərliyə getməyənlər var. Biz bunu hamıya şamil edə bilmərik. Elə adam var ki, həqiqətən də xəstədir, elələri də var ki, ayağının altı düzdür. Bəzilərinin çəkisi 57 deyil, bəziləri isə evin tək oğludur. Belə əlamətləri olanları əsgər aparmırlar. Bu doğru yanaşma deyil, əgər sağlamdırsa, nə onun çəkisinə baxsınlar, nə də ayağının altına. Qanunları dəyişdirsinlər.”
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” adlı layihənin təqdimatında məcburi köçkün ailələriniə müraciət edib. O, vətəndaşları hərbi xidmətə getməyən oğlanlara qız verməməyə səsləyib.
Emtv.az