SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Zeynəb, heç vicdanın sızıldamadı?” - Flora Kərimovadan sərt açıqlama

25-02-2017, 10:49 | Oxunub: 7 170 |

“Zeynəb, heç vicdanın sızıldamadı?” - Flora Kərimovadan sərt açıqlama
Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın Milli Məclisin son iclasında Qarabağ problemi ilə bağlı etdiyi çıxışa xalq artisti Flora Kərimova tərəfindən sərt reaksiya verilib.

Emtv.az xəbər verir ki, bununla bağlı açıqlamasını “qafqazinfo”ya təqdim edən F. Kərimova həmkarının ünvanına bir sıra ittihamlar səsləndirib. Onun açıqlamasını olduğu kimi təqdim edirik:

“On gün öncə Ermənistan-Azərbaycan Sülh Platforması qoşulmasını aləmə car çəkən Zeynəb, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayan Zeynəb, bu fəaliyyəti dəstəkləyərək erməni və Azərbaycan xalqlarının birgə yaşayışa əlaqədar ümumi ənənələrinə istinad edən Zeynəb, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edən Zeynəb, xalqların sülh şəraitində birgə yaşayışını və uzun müddətdir davam edən münaqişənin həllini dəstəkləyən Zeynəb bu gün “Mən niyə ATƏT-ə qulaq asmalıyam?“ soruşur!!!

Ömrü boyu sülh tərəfdarı olmusan dediyinə görə və 30 ildir ki, Milli Məclisdəsən. İndimi başa düşdün nə qədər şəhid verdiyimizi?

30 ilmi gərək idi ki, sən bunu anlayasan? Bu illərdə Sumqayıt hadisələri oldu, “20 Yanvar” oldu, Qarakənd Faciəsi törədildi, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər,Xocalı, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan alındı, Milli Məcilisdə dəfələrlə üsyaninin şahidi olduğun Çingizimizi (Çingiz Mustafayev) öldürdülər, qumbara ilə özünü partladan QARATEL cəsədini də düşmənə təslim eləmədi, Ağdərəni geri qaytardıq bir həmləmizlə, sonra atəşkəsə məcbur etdilər, buna baxmayaraq hər gün cəbhədən şəhid gəlirdi və indi də davam edir. MÜBARİZ oğlumuzun ağlasığmaz şücaəti ilə qürrələndik. 2016-ci ilin Aprel döyüşləri oldu və yenədə ATƏŞKƏS ...

Və bu hadisələrin gedişatında sən hələ də deputat idin!

O zaman da sənə elə sənin sözünlə desək “çatmırdı” ki, QARABAĞ var, qarabağlı var, şəhidlərimiz var, qaçqınlarımız var, ağlayan ana-bacılarımız var, atalar var?! İndiyə kimi əsirlikdə yaşayan qadınlarımız var!!!

Milli Məclisin gündəminə çıxarılmasaydı “Xocalı”, 10 gün öncə Xalq artisti adını daşıdığın düşmənlərimizlə “sülhə” çağırıb sonra millətin nifrətindən qorxub “Qarabağın alınmalıdır” demək üçün 30 ildə bu ilk fürsət idimi əlinə düşən?

30 il gözlədin ki, sülhə səsləyəsən, 10 gün sonra müharibəyə???

30 ildə 20 Yanvardan sonra “bir il oxumayacam (???)” deyib, bir il sonra Azərbaycan suverenliyinin əleyhinə səs verdin “deputat-müğənni” (1991-ci ildə) tarixi bir vərəqlə!!! Və bu 30 illərdə Ermənistanın Xalq artisti adından bərk-bərk yapışıb, nala-mıxa vurmaqla “sülh tərəfdarı” olmaqmı olar?

Zeynəb: "müharibə edək, qoy onlar da qırılsın, biz də…" deyirsən. Sən nə qırırsan görəsən? tarlada çəyirtkə, yoxsa inkubatorda cücələri? Erməninin balası qırılsın, qırılmalıdır da, bəs mənim oğlum, millətimin oğulları? İndiyə kimi şəhid olanlar sənin üçün elə “qırılanlardır”?

Vətənim üçün əsgərliyinin birinci günü vurulan əsgəri, əsir düşüb ölənə kimi zorlanılan qızı, ana bətnində doğulmadan öldürülən, bu vətənin bir gün işiğını görməyən körpəsi bu 30 ildə heç vicdanını sızlatmadı???!!!

Bunlardan sonra “dünyanın xoşbəxti mənəm!” oxuyanda bu 30 ildə baş verən hadisələrin biridəmi yadına düşmədi?

Yaddaşsız yaşamaq çətin deyilmi?”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR