SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Parlamentdə Şəhidlər xiyabanında Soyqırımı abidəsinin qoyulması təklif olunub

24-02-2017, 13:42 | Oxunub: 7 464 |

Parlamentdə Şəhidlər xiyabanında Soyqırımı abidəsinin qoyulması təklif olunub
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar” qərar layihəsi müzakirə edilib.

Emtv.az apa-ya istinadən məlumat verir ki, spiker Oqtay Əsədov bildirib ki, Xocalı soyqırımının təşkilatçıları bölgədə öz maraqlarını həyata keçirmək istəyən qüvvələr olub, icraçıları isə Ermənistandır. O qeyd edib ki, hadisə Milli Məclisin qərarları ilə soyqırımı kimi tanınıb: “İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb, ABŞ-ın 21 ştatında müvafiq qərar qəbul olunub. Bu günlərdə Milli Məclisin üzvləri dünyanın bir sıra ölkələrində soyqırımı ilə bağlı tədbirlərdə iştirak etmək üçün səfərə çıxıblar. Azərbaycan ərazisinin bir hissəsinin işğalı ilə heç zaman barışmayacaq. Bu vəhşiliyi törədənlər layiq olduqları cəzalarına çatacaqlar”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanın hüquq-mühafizə orqanları Xocalı soyqırımını törədənlər barədə şifahi də olsa cinayət işi başlamalı və məhkəmə hökm çıxarmalıdır: “Onların bir neçəsi cinayət törətdiyini BMT-nin sürtülmüş kürsüsündə belə etiraf edib. Ermənistan prezidenti Serj Sarkisya da onlardan biridir. Bundan artıq etiraf lazımdır? Ermənistanın “böyük ziyalısı” Zori Balayan uşaqların öldürülməsi, onların yandırılmasından ləzzət aldığını qeyd edib. Nəyə görə biz onların izahat yazmasını və ya məhkəmə qarşısında etiraflarını gözləməliyik? Barələrində indidən qərar çıxarılmalıdır və tutulub gətirilməlidirlər. Bunun üçün İnterpola müraciət etməliyik ki, sonradan fakt qarşısında qalmayaq”.

Vitse-spiker Bahar Muradova isə deyib ki, müharibə etmək, sülh istəmək onu necə həyata keçirmək adamların dünya görüşü, həyata baxışı qəlbdən gələn şəkildə ifadə oluna bilər: “Amma bir qayda olaraq, siyasət siyasətçilərin işi olduğu kimi, hərb də hərbçilərin işidir. Hər kəs əmin olsun ki, Azərbaycan prezidenti sülh danışıqları aparmaqla yanaşı, ölkəmizi ərazilərimizin hərbi yolla alınmasına da hazırlayır. Övladlarımızın şəhid olması bizimlə yanaşı, Azərbaycan prezidentini də narahat edir”.

B. Muradova qeyd edib ki, Xocalı işğaldan azad edilsə belə, bu faciə haqqında danışılacaq. Bu faciəni unutmaq olmaz.

Deputat Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib. O, Şəhidlər xiyabanında Xocalı abidəsinin qoyulması təklifini irəli sürüb: “Bakıda soyqırımı muzeyi ilə bərabər, Şəhidlər xiyabanında informasiya mərkəzinin yaradılması da vacibdir. Soyqırımı dünyaya daha təsirli dildə çatdırmaq üçün beynəlxalq səviyyəli bədii filmin çəkilməsinə böyük ehtiyac var. Yəhudi soyqırımı ilə bağlı “Pianoçu” filminin yəhudi soyqırımı gerçəklərinin dünyaya yayılmasında böyük təsirini xatırlayaq".

Deputat Rafael Cəbrayılov ona dəstək olaraq, deyib ki, Azərbaycanda soyqırımını özündə əks etdirən möhtəşəm memorial kompleks yoxdur: “Şəhidlər xiyabanında soyqırımı memorial kompleks salınmalıdır”.

Deputat Pərvin Kərimzadə isə bildirib ki, 1976-cı ildəd ünyada beynəlxalq cinayət anlayışı formalaşıb və soyqırımı anlayışı beynəlxalq cinayət kimi qəbul olunur. Deputat BMT-nin müvafiq sənədlərini xatırladaraq bildirib ki, Xocalı soyqırımı məhz beynəlxalq cinayətdir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR