SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Deyirlər ki, Nisə xəstədir, ərə gedə bilməz"

15-02-2017, 13:10 | Oxunub: 9 901 |

"Deyirlər ki, Nisə xəstədir, ərə gedə bilməz"
“Bəzi aparıcılar məni təqdim edəndə titullarımı saymağa qısqanıblar. Buna eyni zamanda dostluqlar, tərəfkeşliklər, psixoloji təxribat qurmaq da səbəb olub. Sonra düşündüm ki, mənim kimliyimi gözəl bilirlər. Ona görə də dedim ki, fəxri adları və süni titulları sadalmayın, məni valideynlərimin qoyduğu adla çağırın".
Bu sözləri xalq artisti Nisə Qasımova “Klip+” verilişinə açıqlamasında deyib.

Müğənni sənət aləmində bir çox ilklərə imza atdığını bildirib:

“İlklərə atdığım addımları işıqlandırmamışam. Bunun səbəbi odur ki, bəziləri üzümə gülüb, arxada ayağımın altını qazmağa çalışıblar. Azərbaycan televiziyasında ilk dəfə əyləncəli veriliş aparan mən olmuşam. Bu mənim üçün meyar yox, iş prinsipidir. Bir ara hamı bir-biri ilə dava edirdi ki, birinci mənəm, star, meqastaram".

N.Qasımova mətbəx verilişlərinə getmədiyini söyləyib:

"Mətbəx verlişlərindən imtina edirəm, xoşlamıram. Amma bu o demək deyil ki, mən mətbəxə girmirəm. Evdə günüm mətbəxdə keçir".

İfaçı heç vaxt ailə qurmamasından söz açıb:

“İlk növbədə insanları maraqlandırır ki, niyə ailə qurmur? Sirli insanam. Hətta bəzi müğənnilər adıma söz çıxardılar ki, xəstədir, ailə qura bilməz, xasiyyəti pisdir. Mən qarşıma çıxanı ustalıqla uzaqlaşdırmışam. Onun məni həyat yoldaşı kimi görməməsi üçün hər şey etmişəm. İnsan bir dəfə, iki dəfə sınır. Sonra düşünür ki, üçüncü dəfə sınmamalıyam. Məndə də bu küskünlük gedir.

Hərdən özümə sual verirəm ki, görəsən mən düzgün yaşayıram. Çox şeyi danışmaq istəmirəm. Sənət dostlarım inciyər, deyər ki, sən fərasətsizsən, villalarda yaşamırsan. Amma mən ailəmdən də, ətrafımdan da, yaşayış tərzimdən də razıyam".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR