18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Xocalı faciəsinin qurbanları anılacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin qurbanları anılacaqlar.
Emtv.az xəbər verir ki, fevralın 24-də Pirallahı və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində faciənin 25-ci ildönümü münasibətilə S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstəriləcək.
Fevralın 26-da saat 19.00-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. Tamaşadan əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad edəcəklər.
“Arzu və Murad” tamaşasının quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.
Emtv.az