SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azad Rəhimov Hadı Rəcəblini necə yalançı çıxardı?

6-02-2017, 14:47 | Oxunub: 16 138 |

Azad Rəhimov Hadı Rəcəblini necə yalançı çıxardı?
Gənclər və idman naziri Azad Rəhimov məşhur müğənni Ledi Qaqaya bir milyon qonorar ödədiyini açıqladı. Nazirin bu israfçılığı bəh-bəhlə təqdim etməsi ictimai qınaqla qarşılandı.

Dövlətin gəlirlərinin azalması, büdcəyə qənaət rejiminə keçid və iqtisadi böhrana rəğmən bir pop ifaçısı 1 milyonumuzu qatlayıb gedib. Bu, heç şübhəsiz ki, israfçılıqdır.

Yerli mətbuat xəbər verir ki, bu günlərdə deputat Hadı Rəcəbli gileylənib. Millət vəkili gileylənib ki, əhalinin maaşlarını nə ilə artıraq.

Deputat demək istəyib ki, dövlətin pulu yoxdur, manat ucuzlaşıb, büdcə boşalıb. Amma H.Rəcəblini elə A.Rəhimov Ledi Qaqaya ödənmiş 1 milyonla ifşa edib, yalanını çıxarıb. Məhz Qaqaya çatan 1 milyonla xalqın əmək haqqını artırmaq olardı, hörmətli H.Rəcəbli.

Amma dövlətin pulları lazımsız yerlərə xərclənib və indi də hökumət adamları ah-vay edərək böhrandan şikayətlənir. Zamanında korrupsiya əv israfçılığa son qoymağa çağırışlar olanda qulaqardı edilirdi.

Hələ bu azmış kimi, A.Rəhimov İslam Həmrəliyi Oyunlarına gələcək 7 ölkənin imkanı olmadığını və Azərbaycanın dəstək verəcəyini açıqlayıb. H.Rəcəblinin yalanını növbəti dəfə faş edən A.Rəhimov məhz 7 ölkənin xərcini çəkmək yerinə bu maliyyəni xalqa yönəldə bilər.

Daha sonra yerli mətbuat xəbər verir ki, H.Rəcəbli Lənkəranda “Palıdlı sahil”i, A.Rəhimov Bakının mərkəzində butiklərini satmaqla maaşları artırmaq olar. Habelə, Ledi Qaqaya və 7 ölkəyə çatmış pulları əhaliyə vermək olar. Bunları nazir də, deputat da bilir. Amma demirlər.

Büdcədə kəsir və manatın devalvasiyasına baxmayaraq, işsizlik, ixtisarlar, bahalaşma hökumət üzvlərini narahat etmir. Onları Azərbaycana gəlməkdə maliyyə çətinliyi olan 7 ölkənin əlindən tutmaq maraqlandırır. Kimsə Azərbaycanda beynəlxalq yarışlaa keçirilməsinin əleyhinə deyil. Sadəcə, Avropa və qonşu ölkələrdə, Gürcüstanı misal çəkərək qeyd etmək olar ki, ölkələr və xalqlar turist axınından, yarışlardan gəlir əldə edir, heç bir kasıb dövlətin xərcini çəkmir.

Azərbaycan isə Avropa Oyunlarından sonra eyni mərhəməti müsəlman ölkələri üçün göstərir. Onların gəlmək imkanı yoxdursa, bunun məsuliyyəti üzərimizdə deyil.

Nazirlik təhsil haqqını ödəyə bilməyən tələbələrlə, qəbul imtahanının pullu edilməsi ilə maraqlanmayıb, gənclərin evsiz-eşiksiz yaşamağını araşdırmayıb. Bu gün minlərlə gənc işsizdir, karyera qura bilməyib, hörmətli nazir və deputat hansına köməyini göstərib?

Ölkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Yaxşı olar ki, nazir butiklərini satıb 7 ölkənin xərcini çəksin.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR