17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Sizin acığınıza elə oğlana ərə gedəcəm ki..."
Müğənni Səidə Sultan həmkarı Niyam Salaminin evlilik təklifinə “yox” deməsi xəbərinə münasibət bildirib.
Emtv.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi açıqlamasında deyib ki, o, Niyama dost gözü ilə baxır:
“Düzdür, Niyam mənə evlilik təklifi etdi. Amma mən ona qardaş gözü ilə baxıram. Niyam elə bir oğuldur ki, onunla ailə quran xanım xoşbəxtdir. Çünki ailəsinə sadiq, qayğıkeş, diqqətcil biridir. Bu sözlərimi görüb məni qınayacaqlar ki, bəs niyə ərə getmədin? Ailə qurmaq mənim üçün çox ciddi addımdır. Mən sevib ərə getmək istəyirəm. Niyamı isə dostum kimi çox istəyirəm”.
S.Sultan N.Salaminin ona evlilik təklifi edən ilk müğənni olmadığını deyib:
“Evdə üç bacı olmuşuq, ən çox mənə elçi gəliblər. Səkkizinci sinifdə oxuyandan elçilərim gəlir. Bu günə kimi dörd müğənnidən evlilik təklifi almışam. Həmişə demişəm, yenə də təkrarlayıram: mənim ailə quracağım oğlan çox güclü və ciddi, vurub-yıxan olmalıdır. O, içəri girəndə zəhmindən hamı ayağa qalxmalıdır. Özüm dəliqanlı olduğum üçün beləsini istəyirəm. Bu sözlərimi qınayanlar çox olacaq. Çünki sosial şəbəkədə o qədər tənqid yazırlar ki... Bəli, mən bu cür oğlan istəyirəm, sona kimi sözümün arxasında duracam, sizin acığınıza eləsinə də ərə gedəcəm (gülür). Əgər ərə getmək üçün ürəyim getsəydi, birini tapıb, çoxdan yanımda otuzdurmuşdum. Toy etmək xatirinə ərə getməyəcəm. Allah qismətimə ailə yazıbsa, olacaq”.
Emtv.az