SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda körpələrə ən çox qoyulan adlar

21-01-2017, 15:36 | Oxunub: 15 693 |

Azərbaycanda körpələrə ən çox qoyulan adlar

Azərbaycanda ötən il (2016-cı ildə) doğulan körpələrə ən çox verilən ilk beş ad Yusif (3398), Zəhra (3008), Hüseyn (2363), Nuray (2176) və Əli (2197) olub.

Emtv.az bildirir ki, Ədliyyə Nazirliyindən "report"a verilən məlumata görə, 2011-ci ildən 2017-ci ilə kimi ölkədə doğulan oğlan uşaqlarına verilən adlar arasında Yusif adı ilk yerdə olub. 2011-ci ildə 4170, ötən il isə 3398 körpəyə Yusif adı verilib. Ümumillikdə isə 2013-cü ildən sonra bu il də daxil olmaqla 17 minə yaxın körpəyə Yusif adı qoyulub.

2011-ci ildən 2017-ci ilə kimi oğlanlara verilən adların siyahısında Yusifdən sonra Əli, Hüseyn adları yer alıb.

2011-ci ildən 2017-ci ilə kimi qızlara verilən adlar arasında Zəhra ilk sıradadır. Qızlara qoyulan adların siyahısında ilk yerləri Zəhradan sonra Nuray və Fatimə adları bölüşüb.

2011-ci ildə 3756, ötən il isə 3008 qıza Zəhra adı verilib. Son beş ildə 16 minə yaxın qız uşağına Zəhra, 10904-nə Nuray, 10549-na Fatimə adı verilib.

Ötən il körpələrə çox verilən adlar arasında Aylin (1667, son beş ildə 7657), Zeynəb (1863, son beş ildə 7655), Ömər (1752, son beş ildə 7366), Ayan (1354, son beş ildə 7299), Məhəmməd (1438, son beş ildə 6743) kimi adlar olub.

Bundan başqa, ötən il oğlanlara verilən adlar arasında Murad, Tunar, Uğur, Ayxan, İbrahim, Kənan, Ümid, Nihad, Həsən, Rəsul, Mehdi, Emil, İsmayıl, Fərid, Ramal, Nihat, Amin, Raul, Tuncay, Sadiq, Nicat, qız uşaqlarına verilən adlar arasında isə Məryəm, Mələk, Ayan, Mədinə, Dəniz, Xədicə, Leyla, Səma, Gülay, Fidan, İnci, Banu, Yağmur, Nəzrin, Damla, Aysu, Ayla, Əsma, Nur, Aydan, Nərgiz, Nazlı, Nigar, Nilay, Ləman kimi adlar üstünlük təşkil edib.

Bu il doğulan körpələrə qoyulan adlar arasında da Yusif (29) və Zəhra (17) adları liderdir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR