SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Hər dörd uşaqdan biri məktəbdə təqiblərə məruz qalır

18-01-2017, 14:08 | Oxunub: 8 777 |

Hər dörd uşaqdan biri məktəbdə təqiblərə məruz qalır

Hazırda dünyada bir milyarddan çox məktəblinin dörddəbir hissəsi müntəzəm olaraq təqiblərə və digər ələsalma formalarına məruz qalır. Yaşı 11-15 arasında olan hər dörd uşaqdan biri yaşıdları tərəfindən fiziki zorakılığın, yaxud psixoloji amansızlığın obyektinə çevrilir.

Emtv.az BMT Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, bu məlumatlar məktəblilərin yaşıdları tərəfindən şiddətə məruz qalması və qorxudulması haqqında yeni məruzədə yer alıb. Məruzə Seulda milyonlarla uşaq və gəncə toxunan bu problemə həsr olunmuş beynəlxalq simpoziumda təqdim edilib.

Məruzədə deyilir ki, 11-13 yaşlı məktəblilərin 34 faizi ötən ay məruz qaldıqları təqiblər barədə məlumat veriblər. Uşaqların 8 faizi belə münasibətlə hər gün üzləşir.

UNESCO-nun baş direktoru İrina Bokova deyib: “Məktəbdə zorakılıq və hədə-qorxu təhsil hüququnun kobud şəkildə pozulmasıdır”. O əlavə edib ki, “simpozium və məruzələr UNESCO-nun məktəb və digər təhsil ocaqlarının bütün şagirdləri üçün təhlükəsiz və sakit təhsil mühitinin təmin edilməsi səylərinin bir hissəsidir”.

Məruzədə deyilir ki, məktəblərdə uşaqlar təkcə fiziki və psixoloji həqarətlərə məruzə qalmırlar, həm də seksual zorakılığın qurbanı olurlar. Bütün bunlar tədris prosesini pozur, məktəblilərin psixi və emosional durumuna ziyan vurur.

Ekspertlər müəyyən ediblər ki, homofob təhqirlərin qurbanı olmuş uşaq və yeniyetmələrdə həyəcanlılıq, depressiya halları inkişaf edir, özünəqiymət azalır. Onlar xarici aləmdən təcrid olmağa çalışır, qəsdən özlərinə zərər vurur, tez-tez intihar barədə düşünürlər.

Məktəb mühitində zorakılıq çox vaxt gender stereotipləri ilə də bağlı olur, habelə sosial və etnik rəng daşıyır.

2016-cı ildə 18 ölkədən 100 min gəncin iştirakı ilə aparılan sorğuda rəyi soruşulanların 25 faizi xarici görünüşlərinə, 25 faizi gender mənsubiyyəti və seksual oriyentasiyasına, 25 faizi etnik mənsubiyyətinə görə təhqir olunduqlarını bildiriblər.

Məruzədə yaşıdlarının zorakılıq hərəkətlərinə və hədə-qorxusuna qarşı necə mübarizə aparmaq barədə bir sıra tövsiyələr var. Seul simpoziumuna 70 ölkədən 250-dən çox iştirakçı qatılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR