SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Mingəçevir Notarisunda saxtalşdırılmış əmlak sənədi

16-01-2017, 11:41 | Oxunub: 12 226 |

Mingəçevir Notarisunda saxtalşdırılmış əmlak sənədi
Redaksiyamıza Xaçmaz şəhər sakini Rüstəmov Xəyal Hamail oğlu tərəfindən məlumatlar daxil olmuşdur.
İddiaçı Rüstəmov Xəyal Hamail oğlu bildiririr ki,atası Hamaildən qalan Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvanda yerləşən ev və evin yerləşdiyi torpaq sahəsini miras əmlakı Nəsibov Ağacəlil Məhəmməd oğlu ,Namazov Adil Kərim oğlu Mingəçevir şəhərinin dövlət qurumlarının bir qismi ilə cinayət əlaqəsinə girərək miras əmlakı ələ keçirmişlər.İddiaçı Rüstəmov Xəyal Hamail oğlu cavabdehlər Nəsibov Ağacəlil Məhəmməd oğlu və Namazov Adil Kərim oğluna qarşı Vərəsəlik şəhadətnaməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək müras əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası Rüstəmov Hamail Məhərrəm oğlundan miras qalmış Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvünda yerləşən evə və evin yerləşdiyi torpaq sahəsinə dair ögey anası Rüstəmova Elita Misir qızının adına Mingəçevir şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş iyirmi səkkiz iyun 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin evlə bağlı cavabdehlər Nəsibov Ağacəlil Məhəmməd oğlu və Namazov Adil Kərim oğlu arasında bağlanaraq Mingəçevir şəhəri 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş AN-I 0434294 saylı 9.07.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin etibarsız əqdlərin nəticəsi kimi Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvanda yerləşən ev və evin yerləşdiyi torpaq sahəsi barədə xüsusi mülkiyyət kimi Rüstəmova Elita Misir qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış 03.07.2014-cü il tarixli qeydiyyatın və Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvanda yerləşən ev və evin yerləşdiyi torpaq sahəsinə dair Namazov Adil Kərim oğlunun adına xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində 15.07.2014-cü ildə aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Mingəçerir şəhər məhkəməsi İddiaçı Rüstəmov Xəyal Hamail oğlunun iddiasını təmin etmişdir. iddiaçı Rüstəmov Xəyal Hamail oğlunun cavabdehlər Nəsibov Ağacəlil Məhəmməd oğlu və Namazov Adil Kərim oğluna qarşı atası Rüstəmov Hamail Məhərrəm oğlundan miras qalmış Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvanda yerləşən evə və evin yerləşdiyi torpaq sahəsinə dair ögey anası Rüstəmova Elita Misir qızının adına Mingəçevir şəhəri 1 saylı Notariat Kontoru tərəfindən verilmiş iyirmi səkkiz iyun 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin evlə bağlı cavabdehlər Nəsibov Ağacəlil Məhəmməd oğlu və Namazov Adil Kərim oğlu arasında bağlanaraq Mingəçevir şəhəri 2 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş AN-I 0434294 saylı 9.07.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilmişdir və həmin etibarsız əqdlərin nəticəsi kimi Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvanda yerləşən ev və evin yerləşdiyi torpaq sahəsi barədə xüsusi mülkiyyət kimi Rüstəmova Elita Misir qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış 03.07.2014-cü il tarixli qeydiyyat və Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvanda yerləşən ev və evin yerləşdiyi torpaq sahəsinə dair Namazov Adil Kərim oğlunun adına xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində 15.07.2014-cü ildə aparılmış qeydiyyat ləğv edilmişdir.

Həmin mülki işin məhkəmə baxışı zamanı vəzifəli şəxslər və vətəndaşlar tərəfindən cinayət xarakterli hərəkətlərə yol verildiyi aşkar edilmişdir.Belə ki,məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki,Rüstəmova Elita Misir qızı tərəfindən Nəsibov Ağacəlil Məhəmməd oğluna 28.06.2014-cü il taixli etibarnamə verilmişdir və Mingəçevir Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının arayışından müəyyən olunur ki,Rüstəmova Elita Misir qızının meyidi 8 iyul 2014-cü il tarixdə saat 08:35 radələrində aşkar edilmişdir. Rüstəmova Elita Misir qızı tərəfindən verilən etibarnaməyə onun vəfat etdiyi tarixdən xitam verilməsinə baxmayaraq Rüstəmova Elita Misir qızının adına xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində 03.07.2014-cü ildə qeydiyyata alınmış Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvanda yerləşən ev və evin yerləşdiyi torpaq sahəsi hüquqi qüvvəsinə xitam verilmiş etibarnamə əsasında Nəsibov Ağacəlil Məhəmməd oğlu tərəfindən Namazov Adil Kərim oğluna AN-I 0434294 saylı 9.07.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satılmışdır və bu alqı-satqı müqaviləsi 2 saylı Notariat Kontorunun xüsusi notariusu Rzayev Nidayət Bəşir oğlu tərəfindən təsdiq edilmişdir,eləcə də evin satışı ilə bağlı ödənilmiş vəsait Mingəçevir şəhəri 2 saylı Notariat Kontorunun xüsusi notariusu Rzayev Nidayət Bəşir oğlu tərəfindən verilmiş sərəncam əsasında Nəsibov Ağacəlil Məhəmməd oğlu tərəfindən 09.07.2014-cü il tarixdə çıxarılmışdır.

Əlavə olaraq müəyyən edilmişdir ki, Mingəçevir Şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının arayışında Rüstəmova Elita Misir qızının meyidinin 8 iyul 2014-cü il tarixdə saat 08:35 radələrində aşkar edildiyi göstərildiyi halda Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışda Rüstəmova Elita Misir qızın ölümü 12.07.2014-cü il tarixdə qeydiyyata alınaraq ölüm tarixi 09.07.2014-cü il göstərilmiş və əsas kimi Mingəçevir şəhər 2 saylı şəhər poliklinkasının 12.07.2014-cü il tarixli tibbi şəhadətnaməsi göstərilmişdir. Mingəçevir şəhər 2 saylı şəhər poliklinkası tərəfindən təqdim edilmiş ölüm haqqında tibbi şəhadətnamədən görünüb ki,şəhadətnamə 16.07.2014-cü il tarixdə tərtib edilmişdir və ölüm tarixi 09.07.2014-cü il göstərilmişdir,eləcə də tibbi şəhadətnamədə Rüstəmova Elita Misir qızının 08.07.2014-cü il tarixdə 2 saylı poliklinkada müayinədən keçdiyi və onda kəskin ürək çatışmamazlığı aşkar edildiyi,eləcə də onun 09.07.2014-cü il tarixdə müayinə edildiyi və onda ağciyər ödemi müəyyən edildiyi göstərilmişdir.
Məhkəmə tərəfindən göstərilən sübutların tədqiqi əsasında müəyyən olunmuşdur ki, Rüstəmova Elita Misir qızının 8 iyul 2014-cü il tarixdə vəfat etdiyi və onun tərəfindən verilmiş etibarnamənin hüquqi qüvvəsinə xitam verildiyi tərəflərə məlum olmuşdur,lakin buna baxmayaraq Mingəçevir şəhəri,1-ci Təbriz döngəsi,6 saylı ünvünda yerləşən ev və evin yerləşdiyi torpaq sahəsi ilə bağlı,eləcə də pul vəsaitinin notariusun depozit hesabından çıxarılması ilə bağlı müvafiq hüquqi hərəkətlər aparılmışdır.Bundan sonra 2 saylı Notariat Kontorunda aparılan bu qeyri-qanuni hüquqi hərəkətlərə qanuni forma verilməsi üçün həmin şəxslərin təşəbbüsü ilə Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən Rüstəmova Elita Misir qızının ölüm tarixi dəyişdirilərək ölüm tarixi 09.07.2014-cü il göstərilmişdir,eləcə də Mingəçevir şəhər 2 saylı şəhər poliklinkası tərəfindən 16.07.2014-cü il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamədə Rüstəmova Elita Misir qızının ölüm tarixi dəyişdirilərək 09.07.2014-cü il göstərilmişdir.

Əlavə olaraq Məhkəməyə Mingəçevir şəhər 2 saylı şəhər poliklinkası tərəfindən göndərilmiş məktubda 16.07.2014-cü il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamədə Rüstəmova Elita Misir qızının ölüm tarixinin 08.07.2014-cü il əvəzinə texniki səhv olaraq 09.07.2014-cü il qeyd edildiyi göstərilmişdir və məhkəmə tərəfindən texniki səhvlə bağlı göstərilənlərə də tənqidi yanaşılmışdır.Məhkəmə tərəfindən bununla bağlı müəyyən edilmişdir ki, Mingəçevir şəhər qeydiyyat şöbəsi tərəfindən Rüstəmova Elita Misir qızın ölümü 12.07.2014-cü il tarixdə qeydiyyata alınaraq ölüm tarixi 09.07.2014-cü il göstərilmiş və əsas kimi Mingəçevir şəhər 2 saylı şəhər poliklinkası tərəfindən verilmiş 12.07.2014-cü il tarixli tibbi şəhadətnamə göstərilmişdir. Mingəçevir şəhər 2 saylı şəhər poliklinkası tərəfindən isə bundan 4 gün sonra 16.07.2014-cü il tarixdə ölüm haqqında tibbi şəhadətnamə tərtib edilmişdir və ölüm tarixi eyni qaydada 09.07.2014-cü il göstərilmişdir,eləcə də tibbi şəhadətnamədə Rüstəmova Elita Misir qızının 08.07.2014-cü il tarixdə 2 saylı poliklinkada müayinədən keçdiyi və onda kəskin ürək çatışmamazlığı aşkar edildiyi,eləcə də onun 09.07.2014-cü il tarixdə müayinə edildiyi və onda ağciyər ödemi müəyyən edildiyi göstərilmişdir.

Bununla da göstərilən hallarla Mingəçevir şəhər 2 saylı şəhər poliklinkası tərəfindən 16.07.2014-cü il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamədə Rüstəmova Elita Misir qızının ölüm tarixinin 08.07.2014-cü il əvəzinə 09.07.2014-cü il qeyd edildiyinin texniki səhv olmadığı,bu sililə formalı hərəkətlərin qəsdən edildiyi müəyyən olunmuşdur.Rüstəmov Xəyal Hamail oğlu baş vermiş cinayət faktını ört basdır etmək istəyən məmurlarla əlaqədar 13 yanvar 2017-ci il tarixində saat 16:00-da Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçiriləcəyi barədədə bizi məlumatlandırdı.
Ardı var izləyin
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR