17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Zərdabda gərginlik: işbazlar unun qiymətini qaldırıb, başçı tükünü də tərpətmir - Təcili
Zərdabdan həyəcan dolu xəbərlər gəlməkdədir
Yerli mətbuata rayon sakinlərinin verdiyi məlumata görə, süni qiymət artımı getməkdədir.
Əhali bir həftə bundan əvvəl unun bir kisəsi üçün müəyyən edilən qiymətin süni şəkildə yerli işbazlar tərəfindən artırılmasından şikayətlənirlər.
Bir həftə öncə 50 kiloqramlıq bir kisə unu 25 manata alırdılarsa, hazırda unun mağazalardakı satış qiyməti 26 manat təşkil edir.
Mağaza sahibləri isə unun qiymətinin onlar tərəfindən deyil, istehsalçı tərəfindən qaldırıldığını, məhsulu aldıqları topdan qiymətdə artım olduğunu deyirlər.
Unun qiymətinin qaldırılması ilə bağlı aidiyyatı qurumlar tərəfindən rəsmi olaraq heç bir açıqlama verilmədiyini nəzərə alsaq, bu zaman qiymət artımının yerli sahibkarlar tərəfindən süni şəkildə aparıldığı məlum olar.
Zərdab rayon sakinləri müvafiq dövlət qurumlarının məsələyə müdaxilə etməsini, yaradılmış bu süni qiymət artımının aradan qaldırılmasını istəyir.
Rayon sakinlərinin bildirdiklərinə görə, paralel olaraq işsizlik artır, maaşlar gecikir, rayon rəhbəri Lütfəli Babayev iş yerlərinin açılması üçün hər hansı iş görmür, dövlət büdcəsi vəsaitləri mənimsənilir.
Bölgələrdə məmur özbaşınalığı, korrupsiya faktları günü-gündən artır. Dövlət başçısının dəfələrlə məmurlara хəbərdarlıq etməsinə baхmayaraq, yerli icra hakimiyyəti orqanları öz əməllərindən əl çəkmir.
Problemlər məngənəsində boğulan rayonlardan biri də Zərdabdır. Lütvəli Babayev icra başçısı olduğu müddətdə yenidəqurma işləri aparılsa da, rayonda sosial-iqtisadi problemlərin sayı azalmayıb. Əksinə daha da artıb. İcra başçısı isə bunun qarşısını almaq məqsədi ilə heç bir addım atmır.
Bu günə qədər yollarını təmiri üçün dövlət və İcra Hakimiyyətinin büdəcəsindən kifayət qədər pul ayrılıb. Lakin ayrılan vəsaitin yolların keyfiyyətli təmirinə qismət olmadı.
Təyinatı üzrə хərclənən cüzi məbləğ hesabına isə bəzi yollarda kosmetik işlər görülüb. Üzdə görülən yollar abadlaşdırılsa da. ara küçələrdə asfalt örtükləri yoxdur.
Emtv.az