SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda Hakim Oğluna Görə Özü-Özünə Etiraz Etdi

10-01-2017, 12:01 | Oxunub: 9 779 |

Azərbaycanda Hakim Oğluna Görə Özü-Özünə Etiraz Etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilənlər – Natiq Kərimov və İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hakim özü-özünə etiraz edib. E.İsmayılov bildirib ki, oğlu Emin İsmayılov Dövlət Təhlükəsizlik Xidmətində təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaqı aparan qrupun üzvü olub. Qanunvericiliyə görə, bu səbəbdən E.İsmayılov işə baxa bilməz. Bu barədə “Qafqazinfo”nun verdiyi xəbərə görə, onun etirazı qəbul edilib və iş başqa hakimin icraatına verilməsi üçün proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Nardaran qəsəbəsi Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ötən il yanvarın 7-də dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb və barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Yanvarın 19-da isə ev dustaqlığına buraxılıb.

İslam Partiyasının sədr müavini olan İnqilab Əhədov isə 2011-ci ildən xarici xüsusi xidmət orqanları üçün casusluq etməkdə təqsirləndirilir. Ötən il yanvarın 27-də saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib.

Hər iki şəxs Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR