SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Televiziya və radio işçiləri mükafatlandırılıblar

30-12-2016, 14:30 | Oxunub: 9 682 |

Televiziya və radio işçiləri mükafatlandırılıblar

Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinin təltif edilməsi haqqında 2016-cı il 7 noyabr tarixli sərəncamları ilə təltif olunmuş şəxslərin dekabrın 30-da mükafatlandırılması mərasimi keçirilib.

Emtv.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək Azərbaycan Radiosunun 90, Azərbaycan Televiziyasının 60 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. Bildirib ki, həmin tədbirdə Azərbaycan teleradiosunun fəaliyyət tarixinə nəzər salındı, keçilmiş yola qiymət verildi, müstəqil Azərbaycan dövlətinin müasir həyatında televiziyanın və radionun əhəmiyyəti dəyərləndirilərək qarşıda duran vəzifələr, əsas hədəflər müəyyənləşdirildi.

“Sizin efirləriniz vasitəsilə dünya Azərbaycan xalqının mədəniyyəti, milli-mənəvi dəyərləri, mövcud reallıqları ilə tanış olur. Sizin dalğalarınız vasitəsilə dünya Azərbaycanı dinləyir, ölkəmizdə baş verən hadisələri izləyir. Kütləvi informasiya vasitələrinin səhifələrindən dünya Azərbaycan ilə, xalqımız isə dünya ilə tanış olur. Siz bir tərəfdən Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, milli-mənəvi dəyərlərinin salnaməsini yaradaraq tarixə həkk edir, digər tərəfdən isə yeni-yeni nümunələr yaradaraq gələcək nəsillərə ötürürsünüz. Kütləvi informasiya vasitələri, televiziya, radio dünyada xalqların, mədəniyyətlərin və nəsillərin arasında körpü yaradır, keçmişin ən yaxşı nümunələrini yaşadaraq gələcək nəsillər çatdırır. Bununla yanaşı, yeni texnologiyalar tətbiq etməklə gələcək nəsilləri bundan sonrakı inkişaf üçün yeni-yeni addımlar atmağa stimullaşdırır”, - deyə Əli Həsənov qeyd edib.

Sonra mükafatlar təqdim olunub.

Mükafatların təqdim olunmasından sonra təltif edilən şəxsləri və tədbir iştirakçılarını bir daha təbrik edən Əli Həsənov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xoş arzularını çatdırıb, onlara uğurlar arzulayıb.

Mərasim konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Azərbaycanda televiziya və radio sahəsində xidmətlərinə görə üç nəfər “xalq artisti”, altı nəfər “əməkdar artist”, 13 nəfər “əməkdar jurnalist”, 13 nəfər “əməkdar mədəniyyət işçisi”, 5 nəfər isə “əməkdar mühəndis” fəxri adları ilə təltif ediliblər. Eləcə də iki nəfər “Şöhrət”, üç nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, 48 nəfər isə “Tərəqqi” medalına layiq görülüb. Bundan başqa, üç nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, altı nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Emtv.az
Televiziya və radio işçiləri mükafatlandırılıblar
Televiziya və radio işçiləri mükafatlandırılıblar
Televiziya və radio işçiləri mükafatlandırılıblar
Televiziya və radio işçiləri mükafatlandırılıblar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR