18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qızına 74 milyon dollarlıq toy etdi, məhkəməlik oldu
Hindistan Maliyyə Nazirliyi keçən ay qızının toyuna 74 milyon dollar xərcləyən iş adamı Qali Canarcana Reddi haqqında araşdırma başladıb.
Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, vergi mütəffişlərə Karnataka əyalətinin keçmiş turizm məmurlarından olan Reddinin şirkətində araşdırma aparıb. Polis Reddinin bəzi evlərini də yoxlayıb. Eyni zamanda keçmiş məmurdan toydakı xərcin sənədləri tələb edilib.
Rüşvətxorluğa görə daha əvvəl 3 il həbs yatan Qali evlərini ipotekaya verərək kredit götürdüyünü və bütün ödəmələrin toydan 6 ay əvvəl edildiyini deyib.
Qeyd edək ki, noyabrda baş tutan toyun təşkili üçün Qali Karnatakaya 8 Bollivud rejissoru dəvət etmişdi. Gəlin toy zamanı bir neçə dəfə dünyanın ən bahalı dizaynerlərinə məxsus geyimlər dəyişib. Bəyi isə 5 ağ at əhatə edib. Gəlinin valideynləri məhz toy üçün hazırlanan mahnı ifa ediblər.
Məlumata əsasən, gəlinə alınan toy sarisinin qiyməti 2,5 milyon, qızıllarının qiyməti isə 12,4 milyon dollar dəyərində olub.
Emtv.az