18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ekspertdən yarmarkalarla bağlı şok faktlar!!! - ÖZƏL
“Araşdırmalarımız onu göstərir ki, yarmarkaların təşkilindən sonra hökumətin nəzərdə tutduğu kimi, qiymətlərdə ucuzlaşma baş vermədi, əksinə bahalaşma oldu”.
Bunu eyni zamanda da politika.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov kənd təsərrüfatı yarmarkalarının fəaliyyətini şəhr edərkən bildirib.
Onun sözlərinə görə, məhsul az olduğu halda bazar məkanının genişləndirilməsi mümkün deyil: “Yarmarkalar təklif-tələb nisbətini pozdu. Malın çox olması bazarda təklifi artırır və qiyməti ucuzlaşdırır. Bir də var mal az ola və onu daha geniş məkanda təklif edəsən. Belə olanda mal qıtlığı dərhal nəzərə çarpır və bu da satıcıya fürsət verir ki, qiyməti artırsın. Mən sizə deyim ki, bu yarmarkalar təşkil olunandan sonra keyfiyyətli məhsulun qiyməti ən azı 2 dəfə artıb. Ona görə ki, bazara keyfiyyətli məhsul çıxarıldığı halda yarmarkalarda biz bu keyfiyyəti görmürük. Əsasən bazarlarda satılmayan mallar həftə sonları yarmarkalara çıxarılır. Digər tərəfdən, bələdiyyələrə, icra orqanlarına tapşırıq verilir onlar da yerlərdə keyfiyyəti aşağı olan məhsulu alıb gətirib burada guya fermerlərin istehsal etdiyi məhsul kimi qələmə verirlər. Əlbəttə, keyfiyyətdə heç bir dəyişiklik yoxdur, əksinə pisləşmə var, eləcə də qiymətlər bahalaşıb.
Yarmarkalarda satışla məşğul olan sahibkarlar həm qiymətdə, həm çəkidə, həm keyfiyyətdə insanları aldadırlar. Belə hallar kifayət qədər çoxdur. Yarmarkaya çıxarılan ətin keyfiyyətinə baxın, çoxu qoca və şikəst heyvanların ətidir. Hətta son zamanlar apardığımız müşahidələr göstərir ki, at əti, xəstə heyvanların əti yarmarkalara çıxarılır. Bu da özbaşına edilmir, yarmarkaların təşkilinə nəzarət edən, satışı həyata keçirən məsuliyyətli şəxslərlə sövdələşmə nəticəsində belə hallara yol verilir. Anlaşma qarşılığında şərait yaradılır ki, bu cür məhsulları yarmarkaya çıxartsınlar”.
Bu yarmarkaların bu formada keçirilməsinə səbəb nədir? Maddi maraq varmı? Həmsöhbətimiz bildirir ki, burda imitasiya edilir: “Çəkiliş edir əhaliyə göstərirlər ki, guya əhalinin durumu nəzərə alınır, iş görülür. Həm də maddi maraq var bəli, satışı həyata keçirən alverçilərdən pul yığırlar. Biz vaxtilə o hesablamaları da aparmışdıq. Məmurlar, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin işçiləri təhkim olunur bazalara, onlar ordan pulsuz mal götürürlər, yaxud ora gələn sahibkarlardan, alverçilərdən pul yığırlar”.
Emtv.az