SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İsrailin İlham Əliyevə simpatiyasının inanılmaz gerçəkləri - Gizlinlər

20-12-2016, 14:33 | Oxunub: 6 457 |

İsrailin İlham Əliyevə simpatiyasının inanılmaz gerçəkləri - Gizlinlər

İsrail dövləti və Azərbaycan - əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi ölkə arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və tərəfdaşlıq telləri təkcə ərəb-müsəlman dünyası üçün deyil, dünya ölkələrinin əksəriyyəti üçün həqiqi modeldir.

Möhkəm tərəfdaşlığın mühüm səbəblərindən biri - Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında qədim və sıx dostluq, qardaşlıq münasibətləridir.

Bir sıra müasir cəmiyyətlərin xalqlarından fərqli olaraq azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyib və onlara yadlar kimi yanaşmayıblar. Beləliklə, iki dövlət arasında iqtisadi və hətta siyasi əməkdaşlıq möhkəmlənir və çiçəklənir.

Bu barədə yerli mətbuat xəbər yayıb. Məlumatda deyilir ki, İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin ilk günlərində qurulub.

İsrail-Azərbaycan strateji tərəfdaşlığının əsası müstəqil Azərbaycanın banisi Heydər Əliyev tərəfindən qoyulub.

O vaxtdan təqribən iyirmi il sonra İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana yeni səfəri baş tutub. Bu gün isə İsrail və onun xalqı Azərbaycana və Prezidenti İlham Əliyevə böyük hörmət bəsləyir.

Onun Azərbaycanda iqtisadiyyatın inkişafı üçün səylərini yüksək qiymətləndirirlər. Azərbaycan beynəlxalq geosiyasi səhnədə güclü və müstəqil aktora çevrilir. Prezident İlham Əliyev öz ölkəsində bazar iqtisadiyyatına keçidlə bağlı islahatların inkişafında və biznes mühiti yaradılmasında tərəqqiyə nail olur

İsrail baş nazirinin Azərbaycana səfəri ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təzahürüdür. Bu iki dövlət arasında çoxşaxəli əməkdaşlıq əlaqələri mövcuddur.

Bura hərbi-sənaye, təhlükəsizlik, iqtisadi, humanitar, ticarət, kənd təsərrüfatı və sair sahələrdə əməkdaşlıq daxildir. Bununla yanaşı, İsraildə Azərbaycanda mövcud olan multikulturalizm, sivilizasiyalararası dialoq, tolerantlıq, tarixi əlaqələrimiz çox yüksək qiymətləndirilir.

Lakin İsrail-azərbaycan münasibətlərinin inkişafından İranın narahatlıq keçirməsi başadüşülən deyil. Çünki, Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, bizim heç bir ölkənin ərazisində gözümüz yoxdur.

Biz heç bir qonşu dövlətin ərazi bütövlüyünə hörmətsiz yanaşmırıq. Yalnız beynəlxalq hüququn prinsiplərini əldə rəhbər tutaraq, öz ərazi bütövlüyümüzün təmin olunmasını istəyir və ərazilərimizin işğaldan azad edilməsinə çalışırıq.

İranın İsrail-Azərbaycan münasibətlərindən narahatlıq ifadə etməsi, Tehran rəsmilərinin, bəzi millət vəkillərinin dost-qardaş, bir millət iki dövlət adlandırdıqları Ermənistana görədir. Heç kimə sirr deyil ki, hazırda regionda işğalçı Ermənistana ən böyük dəstək verən ölkə İrandır.

Düzdür, Rusiya Ermənistanı özəlləşdirib, iqtisadiyyatını, hərbi qüvvələrini və sairi ələ keçirib, bu ölkəni özünün forpostuna çevirib.

Amma işğalçı ölkəni ayaqda saxlayan, onu yanacaqla, enerji ilə, ərzaq və sair məhsullarla təmin edən İrandır. Ona görə də İran Azərbaycanın İsraillə hərbi, təhlükəsizlik sahələrində əməkdaşlığından narahatlıq keçirir.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR