SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rektorun MTN-lə şərik obyekti çökür: “Muğanbank” bağlanır - təcili ixtisarlar

20-12-2016, 14:18 | Oxunub: 13 276 |

Rektorun MTN-lə şərik obyekti çökür: “Muğanbank” bağlanır - təcili ixtisarlar
Bu ilin ilk yarısında "Muğanbank” ASC-nin işçilərinin sayı 9,25% azalıb

Yerli mətbuata daxil olan məlumata görə, iyulun 1-nə "Muğanbank”ın işçilərinin sayı 824 olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 84 nəfər azdır. "Muğanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65 mln. manatdır.

Bankın səhmlərinin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyevə, 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur. Bankın əsas sahibi isə keçmiş deputat, “Odlar Yurdu”nun rəhbəri Əhməd Vəliyevdir.

Bank sektorunun çöküşü isə eks-deputatın obyektindən də yan keçməyib. Bu bankda ixtisarların daha da kütləviləşməsi gözlənilir.

Xeyli zamandır ki, sözügedən bank zərərlə işləyir. Böhran "Muğanbank”ın bağlanması üçün bütün şərtləri yetişdirib.

Əslində, bağlanacaq bankların siyahısında rektorun obyektinin də olacağını xəbər vermişdik. Ölkədə iki devalvasiya nəticəsində 11 bank bağlanıb, qalanları isə sürünür.

Devalvasiyadan sonra bankların çöküşü isə onların işini çətinə salıb. Ona görə də yenidən start götürən məmurların bankları heç olmasa dollar satışından qazancla çıxmaq arzusundadır.

Xalqın dərisinə saman təpən bankların bəziləri bağlanıb, bəziləri çökür, bəziləri isə divan tutmaqda davam edir. Milyonlarla insan banklara borcludur. Hazırda iqtisadi böhranın dərinləşməsi əhalini acınacaqlı vəziyyətə salıb və kredit ödənişləri edə bilmirlər.

Günbəgün yoxsullaşan əhalinin taleyini düşünməyən məmurların bankları isə nə faizləri aşağ salır, nə də güzəştlər var. Artıq məsələyə ölkə rəhbərliyinin müdaxilə etməsinə zərurət yaranıb.

Ötən il mediada “Muğanbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsi olduğu barədə məlumat yayılmışdı.

Doğrudur, Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev bu məlumatları təkzib etməyə çalışmış və “Muğanbank”ın onun üçün kənar bank olmasını iddia etmişdi.

Ancaq qızı və kürəkənin birlikdə bankın səhmlərinin 75 faizindən çıxuna nəzarət etməsi “Muğanbank”ın rektor üçün kənar bank olmadığını göstərir. Üstəlik “Odlar Yurdu” Universitetinin bank hesabları da bu bankda olub.

Yəni, “Muğanbank”la “Odlar yurdu” universitetinin rektoru Əhməd Vəliyevi bir-birinə baxlayan tellər çoxdur.

O ki qaldı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyev arasında münasibətlərə, onların arasında çox yaxın münasibətlər olub. Daha sonra politika.az bildirir ki, Odlar Yurdu” Universitetində E. Mahmudovun atası akademik Əhməd Mahmudovun doğum günləri qeyd olunub. Ali məktəbdə akademikin adını daşıyan Elmi-Tədqiqat Mərkəzi yaradılıb. Həmçinin “Odlar Yurdu” Universitetinin tələbələrinə Əhməd Mahmudov adına təqaüd verilib.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR