SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Şantajçı baş redaktor hansı yüksək çinli məmurlarla əlbir olub?-FAKTLAR

20-12-2016, 10:38 | Oxunub: 9 256 |

Şantajçı baş redaktor hansı yüksək çinli məmurlarla əlbir olub?-FAKTLAR

Dövlət Təhlükəsizlik Xidməti «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyevin «Bakı Mərkəzi Bazar»ın sahibi Vaqif Şıxəliyevlə, Daşkəsənin icra başçısı Əhəd Abiyevlə, Beyləqan RPİ-nin rəisi Füzuli Şıxəliyevlə və digərləri ilə əlaqələrini ciddi araşdmalıdır…
«Pravdainfo.org»a hüquq müdafiəçisi, hüquqşünas Rasim Əsədullayevin araşdırma yazısı daxil olub. Aşağıda ictimai əhəmiyyətini nəzərə alıb təqdim edirik:

Hörmətli redaksiya!


Bu günlərdə Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində «Gündəlik Bakı» qəzetinin baş redaktoru Habil Vəliyevin və onunla şəbəkələşmiş digərlərinin həbsi böyük ictimai alqışa səbəb oldu. DTX-nin rəisi, general Mədət Quliyevin neçə gün əvvəl bu həbslərlə bağlı söylədikləri məni məcbur etdi ki, bu təhlilli yazı ilə bəzi həqiqətləri diqqətinizə çatdırım. Hörmətli M.Quliyev bildirdi ki, bu şəxslər nəinki bir sıra vəzifəli şəxsləri şantaj edərək rüşvət alırmışlar, onlar hətta yüksək vəzifəli şəxslərin övladlarını gizli video çəkilişlərlə şantaj edərək onları diz çökdürüb pullarını alıblar, digər qanunsuz əməllərlə məşğul imişlər...


Habil Vəliyevin «diz çökdürmə» taktikası…

Mən «diz çökdürüb» ifadəsini elə-belə işlətmədim. Şeyx Şamilin xatirələrində oxuyuruq ki, böyük kişilər düşmənlərini məğlub edəndən sonra belə qarşılarında diz çökdürməyiblər, bunu məğlub etdiklərinin, düşmən olsa da, şəxsiyyətini alçaltmaq kimi qəbul edirmişlər, sadəcə, güllələyib digər əzablardan qurtarırmışlar… Mən bu yazını hazırlayarkən internet mediada, sonra Habil Vəliyevin rəhbəri olduğu, şantaj aləti kimi istifadə etdiyi «Gündəlik Bakı» adlı qəzetin internet səhifəsini izlədim. Onun şantaj yazılarının az qala hamısında belə bir hədələrini oxuyuram: «Hələ heç kim Habil Vəliyevin qarşısında duruş gətirməyib, biz çoxlarının dizini yerə qoymuşuq!» və sair qoçu cümlələri… Və məhz elektron media səhifələrində bir daha gördüklərimdən bu qənaətə gəldim ki, Habil Vəliyev və onun «komandası», cənab Mədət Quliyevin söylədiyi kimi, xüsusi məkan seçərək vəzifəli şəxsləri və onların övladlarını gizli videolarla şantaj edir, diz çökdürürmüşlər. Həmin məkanlardan birinin «Görüş» restoranı olduğunu gördüm. Saytlar yazırlar ki, bu restoran «Sirk»in ərazisində yerləşir və üzbəüzdə yerləşən «Bakı Mərkəzi Bazar» adlı ticarət mərkəzinin sahibinə məxsusdur. Yəqinki DTK bu məkanın niyə belə şantajlar üçün yuva seçildiyini araşdıracaq. Bəlkə Habil Vəliyevin bu sahibkar Vaqif Şıxəliyevlə hansısa ciddi əlaqəsi var imiş? Olmasaydı, o, bu qədər sərbəst fəaliyyət göstərməzdi…

Habil Vəliyevin hansı məmurlarla ciddi əlaqəsi olub?

Ataların məşhur misallarından biri də budur ki, «Arxalı köpək qurd basar!». Təbii, Habil Vəliyev kim idi ki! O, MTN-nin keçmiş Anti-Terror Mərkəzinin rəhbərliyinin, xüsusən də özünü təcridxanada asmış Elçin Əliyevin «xüsusi» xidmətində durmasaydı, xüsusi qurğulardan və «xüsusi xanımlar»dan istifadə etməklə gizli intim videolar çəkdirə, səs yazdıra bilməzdi. Deməli, ona bütün sahələrdə arxa duranlar, dəstək verənlər olub. Bəs onlar kimlər idi?
Heç uzağa getməyək: Habil Vəliyevin mətbuatda qeyri-peşəkar, ümumiyyətlə, mətbuata yad adam olduğu bəlli idi və mən onun rəhbəri olduğu «Gündəlik Bakı» qəzetinin öz saytındakı yazılarda bu izi axtardım. Hüquqşünaslıq təcrübəmdə belə naşılığa ilk dəfə idi ki, rast gəlirdim. Məlum olur və məhz özü yazır ki, sən demə, ona dəstək verənlər Vaqif Şıxəliyev, Daşkəsənin icra başçısı Əhəd Abiyev və digərləridir... Habil Vəliyev bir məqaləsində «Təzadlar» qəzeti barədə (46 şantaj məqaləsi) yazır: «…"Vaqif Şıxəliyevin torpaq alverinin "sirri" açıldı" başlıqlı yazı ilə siz öz simanızı bir daha… bəlli etdiniz… Elə isə, tut gəldi. Qəzet elektron versiyasında Daşkəsən RİH başçısı Əhəd Abıyevi, «Gündəlik Bakı» qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsinin sədri Habil Vəliyevi, eyni zamanda «Bakı Mərkəzi Bazar» MMC-nin sahibi Vaqif Şıxəliyevi əsassız ittihamlarla suçlamaqla yanaşı, özünə aid olmayan məsələyə müdaxilə edib və "Təzə Bazar" MMC-nin rəhbəri Məmmədağa İbrahimovun, eləcə də Sumqayıt "MERO" rəisi "Polad" ləqəbli Mirəli Şixəliyevin… Rizvan Vahabovun… müdafiəsinə qalxıb…». Və ardınca da uzun-uzadı, biri bir qəpiyə olan şantajlar və böhtanlar.
Beləcə, Habil Vəliyev özü öz yazısı ilə təsdiqləyir ki, onun yazdıqlarının hamısı Əhəd Abiyev və Vaqif Şıxəliyev barədə dərc olunmuş bir yazıdır… Həmin yazı ilə maraqlandım. Sən demə, qarşı tərəfi, yəni Əhəd Abiyev, Vaqif Şıxəliyev və Habil Vəliyevi hövsələdən çıxaran həmin yazıda jurnalist ciddi araşdırma aparıb, rəsmi sənədlərdən və istintaq qərarlarından istifadə etməklə məqalə dərc etdirib…. Deməli, sifarişin ünvanı da bəlli oldu, onun icraçıları da…

Şantajçı baş redaktor hansı yüksək çinli məmurlarla əlbir olub?-FAKTLAR

Habil Vəliyevlə Əhəd Abiyev və Vaqif Şıxəliyev arasında torpaq alış-verişi…

Mən həmin araşdırma yazısında təqdim edilən rəsmi sənədlərdə Əhəd Abiyev və Vaqif Şıxəliyevlə Habil Vəliyevin sıx dostluq, alış-veriş münasibətini gördüm. Belə ki, 26 mart 2015-ci ildə Sabirabadın Xankeçən kənd sakini Ağayev Rauf Ağa oğlunun ailə üzvləri ilə birlikdə yaşadığı (Abşeron rayonu, Novxanı qəsəbəsi, Sabit Orucov küçəsi) və yaxın qohumu M.İbrahimova məxsus bağ evinə gecə saatlarında bir qrup şəxs tərəfindən basq edilir, R.Ağayev basqınçılar tərəfindən ölümlə hədələnir, sonra isə V.Şıxəliyev ona zəng edərək evdən çıxmasa, öldürüləcəyini bildirir. DİN-nin 102 xidmətinə, Abşeron rayon Polis Şöbəsinə etdiyi şikayətləri əsasında Abşeron RPŞ-də araşdırma aparılır. Məlum olur ki, basqın edən Habil Vəliyevdir və o, guya ona məxsus olan həmin bağına sahib olmaq istəyir… Amma rəsmi sənədlərlə təsdiq olunur ki, bu basqın quramadır, V.Şıxəliyev münasibətləri korlanmış qudası M.İbrahimovdan Habil Vəliyevin əli ilə qisas almaq istəyir. Bu qədər harınlıq və özbaşınalıq! Rəsmi sənədlərdən isə məlum olur ki, “Gündəlik Bakı”nın baş redaktoru Habil Allahverən oğlu Vəliyev «…tərəfindən mübahisələndirilən və GPS-lə ölçülən və qeyd nömrəsi 1223 olan 0,33 ha torpaq sahəsi əvvəllər Novxanı kənd sakini Quliyev Səbaət Sərdar oğluna məxsus olmuş, o, torpağını 8 may 2014-cü ildə Vaqif Şıxəliyevə satmış, V.Şıxəliyev isə sonradan həmin 0,33 ha torpaq sahəsini Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abiyevə, Ə.Abiyev isə bu torpaq sahəsini alandan 20 gün sonra, 10 mart 2015-ci ildə Habil Vəliyevə bağışlamışdır!». Əlavə şərhə ehtiyac varmı?

«Eldar Mahmudovun Azərbaycanda şəbəkələşmiş qorxunc komandası...»


Bu sərlövhəli məqalə isə 09.07.2016-cı il tarixdə və bir neçə gün sonra isə «Azadlıq» qəzetində dərc edilmişdir… Olduqca ciddi məqamlar vardır. Sabirabad rayon sakini Kamil Lətifov Moderator.az-a 5 ay əvvəl göndərdiyi məktubunda məhz DTX-nın indi araşdırdığı şəbəkənin ünvanını göstərir. Həmin məktubu qısaca da olsa oxumağınız məsləhətdir, çünki bu məktub DTX əməkdaşlarına çox mətləbləri agah edəcək. Məktubda deyilir: «Bu yaxınlarda saytınızda MTN-nin keçmiş naziri Eldar Mahmudov və onun ətrafı haqqında tutha-tut xəbərlərini oxudum. Sabirabadın keçmiş icra başçısı var idi, Vaqif Şıxəliyev. Sabirabad
camaatı bilir ki, Ulu öndər Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad RİH başçısı təyin edilən Vaqif Şıxəliyev prezidentin etimadını heç bir il yarıtmadı. Necə ki, Eldar Mahmudov və onun komandası prezident İlham Əliyevin etimadını bada verdilər. Vaqif Şıxəliyev Heydər Əliyevin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən qovuldu.
Amma hamı bilirdi ki, onun və digər qardaşı, hazırda Beyləqan RPŞ-nin rəisi olan Füzuli Şıxəliyevin MTN naziri E.Mahmudovla yaxınlığı onların bəzi lazımsız işlərdə karına gəlirdi. Məsələn, F.Şıxəliyev Eldar Mahmudov DİN-də “İCQMİ”nin rəisi olanda onun sağ əli-işçisi olmuşdu... Şıxəliyevlərin MTN- lə əlaqələrinə dair bir çox maraqlı bir fakt: Azərbaycan MTN 2012-ci ildə Füzuli və Vaqif Şıxəliyevlərin doğma qardaşı oğlu Nurəli Şıxəliyevi narkotik qaçaqmalçılığına görə həbs etdi. MTN-nin rəsmi məlumatında yazılır: “Azərbaycanda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər ifşa edilib. MTN-nin məlumatına görə, onlardan ümumilikdə 20 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları - Şahverdiyev Baba Zakir oğlu, Əliyev Ceyhun Firudin oğlu, Şıxəliyev Nurəli Əliabbas oğlu, Həsənov İlham Sumbat oğlu, Bayramov Elşən Güloğlan oğlu və Heydərova Günel Rəhim qızı saxlanılıblar… Faktla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan CM-nin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Adları cəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam edir”.
Təsəvvür edirsinizmi, Nurəli Şıxəliyev bu qədər narkotikə görə bir necə aydan sonra buraxıldı, amma qalanlar "srok"a verildi. Bu necə baş vermişdir? Təbii ki, bu, Füzuli və Vaqif Şıxəliyevlərin MTN-nin başında duran E.Mahmudovla sıx yaxınlığının nəticəsi ola bilərdi. MTN naziri Eldar Mahmudovun Şıxəliyevlərlə yaxınlığı o dərəcədə olub ki, hətta Eldar Mahmudov Vaqif Şıxəliyevin oğlu Elmar Şıxəliyevi MTN-də məsul vəzifəyə də təyin etmişdi, lakin bəzi ciddi səbəbdən az sonra Eldar Mahmudov Elmar Şıxəliyevi MTN-dəki vəzifəsindən qovdu. Amma Əhəd Abiyev Vaqif Şıxəliyevlə dostluğuna görə MTN-dən qovulmuş oğlu E.Şıxəliyevi Daşkəsən RİH-də hüquq şöbəsinin müdiri vəzifəsinə təyin etdi, indii də orada işləyir… Bu gün Azərbaycanın təkcə polis orqanlarında Şıxəliyev soyadını daşıyan 10-a yaxın şəxs çalışır. Məsələn: V.Şıxəliyevin qardaşı Mirəli Şıxəliyev DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin tabeliyində olan Sumqayıt «MERO»nun rəisidir. Digər qardaşı Vidadi Şıxəliyev uzun illər Sabirabadda Yol Polisi Bölməsinin rəisi olub, bu yaxınlarda təqaüdə çıxıb. Digər qardaş Füzuli Şıxəliyev hazırda Beyləqan RPŞ-nin rəisidir (keçmiş MTN naziri Eldar Mahmudovun yaxın adamı). Rəis Füzuli Şıxəliyevin oğlu Hacalı Şıxəliyev Saatlı RPŞ-də təhqiqatçıdır. Vaqif Şıxəliyevin oğlu Anar Şıxəliyev Binəqədi rayon RPİ-nin 5-ci polis bölməsinin rəisidir. Onun əmisi oğlu Tural Şıxəliyev Rusiyada Polis Akademiyasını bitirib, qohumlarının sözlərinə görə artıq polis orqanlarında yeni vəzifəyə təyin olunub. Onun qardaşı Sahil Şıxəliyev Saatlı RPŞ-də CAB-ın baş əməliyyatçısıdır. Onun da əmisi oğlu Fuad Şıxəliyev Beyləqan RPŞ-də polis əməkdaşıdır. Onun əmisi oğlu Asif Şıxəliyev isə Nərimanov rayon Prokurorluğunda prokuror köməkçisidir. O, MTN-nin 2012-ci ildə narkotiklə həbs olunmuş Nurəli Şıxəliyevin qardaşıdır…».

Habil Vəliyev yetəni şantajlayır, məhkəmələr isə onu cəzalardan xilas edir…


Mətbuatda oxuyuruq ki, Habil Vəliyev adlı bu «baş redaktor»a heç kimin gücü çatmırmış. Niyə? Səbəblərini artıq hamı bildi. Habil Vəliyev QULuq etdiyi keçmiş MTN-nin Anti-Terror Baş İdarəsinin rəis müavini Elçin Əliyevə söykənmişdisə, daha ona nə zaval! Bu həm də o demək deyilmi ki, əgər Habil Vəliyev Eldar Mahmudovun adamlarına və deməli, ona xidmət göstərirdisə, həm də H.Vəliyevlə sıx əlaqədə və dostluq münasibətində olmuş Əhəd Abiyev, Vaqif Şıxəliyev, Eldar Mahmudovun sağ əli olmuş Füzuli Şıxəliyev də keçmiş MTN şefinə xidmət ediblər, münasibətdə olublar?! Və DTX bu gün həmin şəxslərin fəaliyyətini niyə araşdırmamalıdır???
***
H.Vəliyevin şantaj etdiyi şəxslərdən biri mənim də yaxşı tanıdığım, keçmiş Yanacaq Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Rizvan Vahabovdur. R.Vahabovdan istədiyini əldə edə bilməyən şantajçı əndazəni və hər cürə insani sifətləri itirərək onun ailə şərəfinə dair şantajlı yazılar yazmaqdan qalmır. Sifarişin hardan və kimlərdən gəldiyini isə yuxarıda bildiniz. H.Vəliyev özü bunları açıq yazır. Və böyük ictimai nüfuza malik olan Rizvan Vahabov bu şantajlara dözməyərək Habil Vəliyevi məhkəməyə verir. İlyarımdır davam edən məhkəmələrdə hakimlər (xüsusən də Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramov, Abdinbəyov) var qüvvələri ilə Habil Vəliyevi müdafiə edirlər. Ali Məhkəmədə isə yenə də bu şantajçı haqq çıxarılır. Bunlar necə baş verir, niyə indi DTX bu şəbəkəni ifşa etməməlidir???

Şantajın coğrafiyası günü-gündən böyüyür, sifarişçilər isə sakitləşmək bilmir...


Habil Vəliyevin şantajları elə vüsət alır ki, artıq onun qbağını almağın mənasız olduğu barədə mif formalaşır. Bu o dərəcədə təhlükəli olur ki, H.Vəliyevin torpaq alqı-satqısında həmfikir və həmtamahı olan Vaqif Şıxəliyev doğma qardaşı, Baş Dövlət Yol Polisinin Sumqayıt "MERO"sunun rəisi Mirəli Şıxəliyevin, həmçinin onun qudaları-yuxarıda adı çəkilən M.İbrahimovun, Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevin belə "günah"ından keçmir, onların əleyhinə nələr yazdırılmır... Bəs qarşı tərəf, yənu bu şantajların sifarişçiləri və icraçıları nə istəyirlər? Doğrudanmı insanlardan qisas almaq onların həyat kredosudur???
***
Sonda bir daha üzümü DTX-nın rəhbərliyinə tutaraq Azərbaycan ictimaiyyəti adından rica edirəm: Yüksək vəzifəli şəxsləri və onların övladlarını gizli çəkilmiş videolarla şantaj edərək Konstitusion hüquqlarını tapdamış Habil Vəliyevi himayə etmiş şəbəkənin bütün üzvləri cəzalandırılmalı, onların fəaliyyəti araşdırılıb hüquqi qiymət verilməlidir.

«Pravdainfo.org»dan: yazıda adları çəkilənləri də dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR