SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yanvardan KİV-lərin də pulu kəsilir

19-12-2016, 15:13 | Oxunub: 8 866 |

Yanvardan KİV-lərin də pulu kəsilir

Ölkənin bəzi KİV-ləri böhran dövrünü yaşayır

Məlumata görə, iqtisadi şərait onların fəaliyyətinə ciddi təsir edib.

Bəzi elektron və çap mediasının aylıq gəlirləri azalıb. Buna səbəb onları himayə edən iri ranqlı məmurların verdiyi pulu kəsməsi olub.

Bu da həmin redaksiyalarda ixtisarlarla müşahidə oluna bilər. Yanvardan isə maliyyənin daha çox azalacağı gözlənilir.

İqtidardakı ayrı-ayrı dairələrin maliyyələşdirdiyi xəbər agentlikləri, media holdinqləri, informasiya portalları, o cümlədən qəzet redaksiyalarının maddi durumu 2016-cı ilin son aylarında ağırlaşıb.

Bəzi redaksiyalarda gizli şəkildə ixtisarlar aparılıb, ştatlar azaldılıb, bəzilərinin aylıq gəlirləri kəsilib, bir sıra rubrikalar, layihələr bağlanıb.

Bu prosesin getdikcə dərinləşəcəyi, bəzi saytların, KİV-lərin fəaliyyətinə xitam veriləcəyi gözlənilir. Hakimiyyət artıq fəaliyyəti onu qane etməyən, israfçılıq yaradan bəzi KİV-lərlə vidalaşmağa hazırlaşır.

Bu məsələdən həmin KİV-lərin rəhbərləri də agahdır. Onlar maksimum dərəcədə vəziyyətdən çıxmağa, ən azı qənaət etməyə çalışır. Daha sonra politika.az-a daxil olan məlumata görə, dövlət vəsaiti ilə çap olunan qəzetlərin də qənaətə keçməsi, ixtisarlar aparması və hətta bəzi qəzetlərin bağlanması ehtimalı var. Devalvasiya ölkənin "beyin işçiləri" adlanan təbəqəsinin də həyatını çətinləşdirib. Ölkə iqtisadiyyatında baş verənlər təbii olaraq mətbuata da təsirsiz ötüşməyib.

Kağızın qiymətinin, poliqrafiya xərclərinin artması, ölkədə müşahidə olunan bahalaşma, gözlənilən ixtisarlar mətbuatı, jurnalistləri də çətin vəziyyət qarşısında qoya bilər.

Neft pulları hesabına KİV-ə dəstək verilməsi periodu artıq arxada qalıb. Həmçinin redaksiyalarda jurnalistlərin əmək haqlarının artırılması vacibdir.

Son devalavasiyadan sonra orta maaş məbləği sayılan 500 manat dəyərinin yarısını itirib. Redaksiyalar innovativ metodlar axtarıb tapmalı, yaradıcı mühit genişləndirilməlidir. Əmək haqqı ödənilərkən peşəkar jurnalist əməyi ilə digərləri fərqləndirilməlidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR