SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Hövsan sakinləri ayağa qalxdı

19-12-2016, 14:59 | Oxunub: 7 368 |

Hövsan sakinləri ayağa qalxdı

Avtobusların intervalının uzun olması sərnişinlərin narahatçılığına səbəb olur

Əsasən Bakıətrafı qəsəbələrdə yaşanan bu problem illərdir ki, həllini tapmır. Narazı sakinlərin problemlə bağlı dəfələrlə şikayət etmədikləri, üz tutmadıqları yer qalmayıb. Avtobusların normal iş qrafiki ilə işləməməsi sərnişinləri əziyyətə salmaqla yanaşı onların maddi ziyana düşmələrinə də səbəb olur. Belə ki, avtobus tapa bilməyən sərnişinlər taksilərə müraciət etməli olurlar.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Suraxanı rayonu Hövsan qəsəbə sakinləri redaksiyaya müraciət edərək qəsəbədən Suraxanıya hərəkət edən 161 nömrəli sərnişin avtobusundan şikayətləniblər.

Sərnişinlər deyib ki, əsasən səhər saatlarında həmin marşrutu yarım saat, hətta 40 dəqiqə gözləməli olurlar:

“161 nömrəli marşrutu səhər işə gedəndə, axşam da evə gələndə gözləməkdən yorulmuşuq. Axşam bu marşrutu gözləməkdən gözümüz qaralır. Belə olmaz axı! Hər gün işə geçikirəm və geçikdiyimizə görə cərimələnirəm. Evdən vaxtında çıxsam da avtobus gəlib çıxmaq bilmir. Görünür, bu marşrutdan xəttə çox az sayda buraxıblar. Ona görə də belə problem yaşanır”.

Digər şikayətçi isə marşrutun interval problemi ilə yanaşı nəqliyyat vasitəsinin köhnə və yararsız olduğundan gileylənib. O deyib ki, Bakıətrafı qəsəbələrin problemlərinə ögey münasibət bəslənilir: “Anlamıram ölkənin vətəndaşlarına niyə bu qədər diqqətsizlik və biganəlik var? Ölkəyə nə qədər yeni avtobuslar gətirildi. Görüntü xatirinə bu svtobusları şəhərin mərkəzinə buraxmaq nəyə gərəkdir? Biz insan deyilik? Biz rahat və təhlükəsiz xidmətə haqqımız yoxdur? Hər gün “Baku-Bus” avtobus qarajının qarşısından keçirik. Qarajda nə qədər xəttə buraxılmayan bu avtobuslardan var. Buraxsınlar, qəsəbəyə gedib- gələk də... Şaxtalı havalarda hər gün saatlarla avtobus gözləməyə məhkumuq biz? Niyə baxmıllar, kimlərdir bunların yiyələri?”.

Mövzunu həmin qəsəbədən şəhərə hərəkət edən digər matşrut xətləri ilə bağlı da davam etdirəcəyik.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR