18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“İcra başçılarını zindanlarda çürüdərdim” - Deputatdan şok fikirlər
“Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm…”
“Bu gün bizim qanunlarımızda həddindən artıq boşluqlar var”. Bunu Milli Məclisin üzvü Adil Əliyev ölkə.az saytına müsahibəsində deyib. Deputat “Əlinizə fürsət düşsə, Azərbaycanda nəyi dəyişərdiniz” sualına cavabında bildirib ki, qanunları həddən artıq sərtləşdirə, hətta edam cəzasını tətbiq edərdi.
“Rüşvət və korrupsiya cinayətlərinə görə müəyyən sərt qanunlar, məsələn, asmaq, edam etdirmək, qolunu kəsdirmək kimi cəzalar tətbiq edərdim. Qərarların icrasına şəxsən nəzarət edərdim. Çox şey edərdim. Qanunsuz torpaq satandan tutmuş, qanunsuz tikintiyə icazə verən icra başçılarına kimi, hamısını həbs etdirib, ömürlük zindanlarda çürüdərdim”.
Deputatın müsahibəsindən daha bir maraqlı məqam: “Heç kimə borcum yoxdur. Alnım açıqdır. Dövlətin bir dənə də olsun layihəsində, tikintisində, təmirində iştirak etməmişəm. Kiminsə mətbəxinə girmək fikrim yoxdur. Kiminsə çirkli paltarlarını eşələmirəm. İrad tutanlar var. Dəvət edirəm, yığışıb gəlsinlər, müzakirə edək”.(azpolitika.info)
Emtv.az