SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şəhid anasının sözləri ürəkləri dağladı - “Oğlum dedi ki, soyuqdan donuruq...”

15-12-2016, 14:45 | Oxunub: 9 839 |

Şəhid anasının sözləri ürəkləri dağladı - “Oğlum dedi ki, soyuqdan donuruq...”

Aprel döyüşlərində həlak olmuş şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundovanın oğul dərdi körüklənmək bilmir

Şəhid anası demək olar ki, sosial şəbəkədə hər gün oğlu ilə bağlı xatirələrini, fotoşəkillərini paylaşır. Bu paylaşımları izləyənlər də ananın qasnaq tutmayan dərdinə şərik olurlar, ona az da olsa təsəlli verməyə çalışırlar. Bu gün Ceyran Axundova oğlu şəhid Əbdülməcidlə bağlı daha bir paylaşım edib. Ananın yazdıqlarını oxuduqca insanın ürəyi yüz yerdən parçalanır. İnsan aciz duruma düşür bu anda. Nə edəsən, nə deyəsən ki, ananın dərdinə məlhəm olasan... Özünün də dediyi kimi, övlad dərdinin məlhəmi olmaz ki...

Emtv.az moderator.az-a istinadən Ceyran Axundovanın bu gün paylaşdığı həmin xatirəni təqdim edir:

“Hava çox soyuqdu, bulud qədər dolmuşam, keçən ilin noyabr ayı düşdü yadıma. Məcid telefonda dedi ki, əynimiz nazikdi, qış paltarını hələ verməyiblər, soyuqdan donuruq. Bu gün işdən çıxanda yolda qəfildən onun sözlərini xatırladım. Necə olaram bu xatirədən sonra... Ağlaya ağlaya evə gəldim. O cür soyuq havada xidmətdə olduğu günləri xatırladıqca göz yaşlarım selə dönüb. Heç ovuna bilmirəm. Bu gün çox pisəm, çox pis...

Hamı mənə deyir: "Çox ürəyinə salma, çox fikir eləyirsən, qocaltmısan özünü". Sizcə ana necə olmalıdı? Ana övladıyla yaşayır övladı yaşadıqca. Bir itkimiz olanda uzun müddət xatirimizdən çıxmır. Bəs övlad itkisi.. Bunu ancaq övlad itirənlər daha yaxşı başa düşər...”

Şəhid anasının sözləri ürəkləri dağladı - “Oğlum dedi ki, soyuqdan donuruq...”

Biz də öz növbəmizdə Ceyran Axundovanın bala dərdindən qanayan ürəyindən öpürük. “Allah Sizə Məcidinizi unutduran başqa dərd verməsin”- deyirik.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR