SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Deputat işarəni verdi: “Sədərək” və “Binə” milyonları necə yayındırır? - Şok faktlar

6-12-2016, 14:18 | Oxunub: 14 735 |

Deputat işarəni verdi: “Sədərək” və “Binə” milyonları necə yayındırır? - Şok faktlar

“Sədərək” Ticarət Mərkəzinə girəndə 30 dəqiqə belə maşını park etsən yenə də səndən pul alınır. Axı gün ərzində alınan bu qədər pul hara gedir?! ”

Emtv.az politika.az-istinadən xəbər verir ki,, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin iclasında deyib.

Deputat İnzibati Xətalar Məcəlləsinə maşınların parklanması ilə bağlı təklif olunan dəyişiklərə münasibət bildirərkən deyib ki, “Sədərək” Ticarət Mərkəzində maşınların parklanmasından alınan pullar dövlət büdcəsinə getmir:

“O pullar dövlətin büdcəsinə gedir ? Əlbəttə ki, mən bilirəm ki, o pullar dövlətin büdcəsinə getmir. Mən “Sədərək” Ticarət Mərkəzini misal üçün çəkdim. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz park etmə məntəqələri var.

Biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki?!”

Yerli mətbuatın araşdırması zamanı məlum olub ki, hələ iki il qabaq giriş pulunun ləğv edilməsi haqda məlumat yayılmışdı. Sonra bu informasiyanın blef olduğu üzə çıxdı.

Məqsəd yarmarkaya gələn pulları vergidən yayındırmaqdır. Eyni siyasəti “Binə” bazarının sahibi də həyata keçirir. Sürücülər bazara girib-çıxmaq üçün ödəniş edir. Sanki “ərəbzəngi”lər dayanıb.

Bazara girişin pullu olması qanunsuzdur. Hər gün külli miqdarda vəsait vergidən yayındırılır. Hər iki yarmarkanın sahibi maşınların parkı üçün yığılan vəsaitlərin hara getdiyini açıqlamır və hesabatını vermir.

Alverçilər də qeyd edirlər ki, “Sədərək” və “Binə” rəhbərliyi ağını çıxarıb. Hər ay müxtəlif bəhanələr taparaq qanunsuz pul yığırlar. Onsuz da alıcılıq qabiliyyətinin aşağı düşdüyü və böhrna yaşandığı vaxtda dükan sahibləri bir də belə çətinliklərlə üzləşir.

Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli isə getdikcə varlanır, oliqarxlaşır. Elə bu günlərdə oğluna dəbdəbəli toy edən bazar sahibi Türkiyənin məşhur ulduzları Fərhat Göçer, Mustafa Çeçeli, Bengü, fransız İngrid və ukryaynalı Anna - Maryanı dəvət etmişdi.

Sahibkarlar isə qan ağlayır, cürbəcür pul yığımlarından bezar olub başqa yarmarkalara işləməyə gedirlər. Onlardan gah təhlükəsizlik, gah mühafizə, gah kamera pulu yığılır, gah təmzilik işləri üçün pul alınır.

Daha sonra qeyd olunur ki, “Binə” sahibi Kəbirə Məmmədova da maşınlardan pul yığdırır və ticarətçilərin də hüquqlarını tapdalayır.

Sahibkarlar icarə haqqının azaldılması üçün müraciət etsələr də, Kəbirə Məmmədova hələlik bu məsələ ilə bağlı susur.

Belə aydın olur ki, «Binə» Ticarət Mərkəzinin sahibi icarədarların haqlı tələblərini eşitmək istəmir, eşitsə belə, həmin tələblərə uyğun addımlar atmaq fikrindən çox uzaqdır.

Bu isə faktiki olaraq, çoxsayda sahibkarın incidilməsi, onların hökumətdən narazı salınması deməkdir. Halbuki ölkə başçısı İlham Əliyev son vaxtlar öz çıxışlarında dəfələrlə və konkret şəkildə vurğulayıb ki, sahibkarlığın inkişafı Azərbaycan hökuməti üçün prioritet məsələdir.

Dövlət rəhbəri sahibkarların incidilməsinə də kəskin münasibət bildirib, belə halları yolverilməz adlandırıb, həmin hallara qarşı sərt cəza tədbirlərinin həyata keçiriləcəyini bildirib.

«Binə» Ticarət Mərkəzinin rəhbərliyinin davranışlarından isə belə aydınlaşır ki, orada ölkə başçısının sahibkarlıq fəaliyyəti ilə bağlı tapşırıq və xəbərdarlıqlarından ya xəbərsizdirlər, ya da Kəbirə Məmmədova faktiki olaraq, ölkə başçısının iradəsinə qarşı çıxır.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR