17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Laçının məşğulluq idarəsinin rəisi Balay Bəndəliyevin özbaşınalığı...
Yerli mətbuata Laçın rayonundan olan bir qrup məcburi köçkün tərəfindən şikayət məkubu daxil olub.
Həmin məktubu bizdə olduğu kimi təqdim edirik:”Laçın rayonunun bir çox idarə müəssisələrində qanun pozuntusuna yol verilir. Amma bu idarələrin içində ən özünə arxayın müdir Balay Bəndəliyevdi. Bu şəxs elə hesab edir ki, məşğulluq idarəsi bunun biznes sahəsidi. Təsəvvür edin ki, Bakı, Sumqayıt, Abşeron və digər şəhər və rayonlarda yaşayan laçınlıların adına pul yazıb əlli-əlliyə bölüşür. Hətta bu müdir Qarabağ əlilinin oğlunu müəyyən səbəblərə görə işdən çıxarmışdır. Balay Bəndəliyev ona ə müraciət edən qarabağ əlilinin oğluna veriləcək işsiz pulunu əlli-əlliyə bölməyi təklif edib. Qarabağ əlili isə bu şərtə görə işsiz pulun almamışdır.
Cənab prezident Balay Bəndəliyev laçınlıları üsyana hazırlayır.Hətta neft şirkətində işdən azad olunanların da adına pul yazaraq mənimsəyir. Balay Bəndəliyev ondan haqq-ədalət tələb edən bir çox insanlar kimi mənim də şərəf və ləyaqətimi təhqir edib, hətta məni polislə hədələyib. Şikayətin sonunda anaxeber.az bildirir ki, görəsən Azərbaycan hökumətinin bu rüşvətxor məmurdan xəbəri varmi?”
Emtv.az