17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Beytulla Hüseynovun Məhkəmədə dindirilməsi davam edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazali Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib
Emtv.az virtualaz.org-a istinadən xəbər verir ki, məhkəmə prosesində təqsirləndirilən Beytulla Hüseynovun dindirilməsi davam edib. Tərəflərin mənimsəmə faktlarının şişirdilmısi ilə bağlı suallarını cavablandıran Beytulla Hüseynov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və Rabitə Nazirliyi rəhbərliyinin göstərişlərini icra etdiyini bildirib: "Rabitə Nazirliyi nə deyib, onu da etmişəm. Ad çəkmək istəmirəm. Sifarişləri icra etmişəm. Bütün göstərişləri rəhbərlikdən almışam. Bu barədə daha danışmaq istəmirəm, mənə sual verməyin".
Vidadi Zeynalovun vəkilləri Beytulla Hüseynovun istintaqa verdiyi ifadəsinin məhkəmədə elan olunmasını məhkəmədən xahiş ediblər. Bildiriblər ki, Beytulla Hüseynov danışmaq istəmir, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyir: "Bu ifadələrin nədən ibarət olduğu bilinməlidir". Hakim B.Hüseynov ifadəsini elan edib.
B.Hüseynov istintaqa verdiyi ifadəsində bildirib ki, 2009-2015-ci illərdə görülən işlərin, alınan malların qiymətləri 20-25 faiz artırılıb. Bu göstərişi də onlara sabiq nazir Əli Abbasov verib: "Hər ayın sonunda BTRİB-nin baş mühasibi Anar Mustafayev bundan əldə olunan vəsaiti nazirliyə çatdırırdı. Nazir bizə göstəriş vermişdi ki, vəsaiti və hesabatı Vudadi Zeynalova verək. Vidadi Zeynalov da hesabat zamanı ona təqdim olunan məlumatları, əldə olunan vəsaitləri tutuşdururdu. Bir neçə dəfə özüm də nazir Əli Abbasova bu vəsaitlərlı bağlı hesabat vermişəm. Qalan puldan nazirin Nadir adlı qrup yoldaşına hər ay 1000 manat vermişəm. 11 milyon manat vergi əməkdaşlarına verilib. Amma vəsaiti şəxsən özüm təqdim etməmişəm… 2 milyon Əli Abbasova, 1,5 milyon isə nazir müavini İltimas Məmmədova vermişəm. Hər ay 30 min mənə qalırdı. Ümumilkdə mənə 2,5 milyon pul qalıb. Əli Abbasovun qaynının, Vudadi Zeynalovun şirkətləri ilə iş görmüşük".
Sonra Anar Mustafayev ifadə verib. O bildirib ki, istintaq ona qarşı qərəzli olub: "Məni təşkilatçı kimi qələmə veriblər. Əgər planı mən yazmışdımsa niyə Beytulla Hüsyenova və Vidadi Zeynalova hər birinə 10 milyon, özümə niyə 567 min manat götürürdüm? Ayda mənə 7 min manat “paket” verildiyi barədə göstərilənlər yalandır. Mənə 2 min manat verilib. Əməliyyyat olunan zaman Beytulla Hüseynov tərəfindən 17 min manat verilib. Biz dövlət əmlakını mənimsəməmişik".
Anar Mustafayev daha sonra deyib ki, layihələr hazırlanırdı, ona uyğun iş görülürdü. Dəfələrlə də yoxlama olub, heç bir pozuntu qeydə alınmayıb: "Hakimin qarşısında cavab vermək olmur. Vay halımıza məşhərdə. Ya vəsaiti biz oğurladıq, ya da oğurlanmasına şərait yaratdıq, eyni şeydir. Hər ay əlavə vəsait aldığımı etiraf edirəm. Qanun qarşında özümü qismən təqsirli bilirəm".
Hazırda məhkımədə fasilə elan olunub. Proses günün ikinci yarısı davam edəcək
Emtv.az