18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanlıların qaçmasına qırmızı işıq
Almaniyada qaçqın statusunun verilməsi qaydaları sərtləşdirilib
Bu barədə dəyişiklikləri nəzərdə tutan qanunlar paketi artıq qüvvəyə minib. Yeni qanunla qaçqın statusunun verilməsi qaydaları təkmilləşdiriləcək.
Dəyişikliklərə əsasən qaçqın statusu almaq üçün kifayət qədər əsaslı səbəbləri olmayan şəxslərin vətənlərinə qaytarılması sürətləndiriləcək. Bundan əlavə, hər bir qaçqının aylıq xərcləri üçün büdcədən 670 avro məbləğində vəsaitin ayrılması təsdiqlənib.
Alman hökuməti həmçinin Almaniyaya gələnlərin "maddi baxımdan həvəsləndirilmə”sinin də qarşısını almaq istiqamətində tədbirlər hazırlayıb. Belə ki, bundan sonra qaçqın statusu almaq şansı olmayanlara yardım pul vəsaiti kimi deyil, ərzaq və geyim kimi veriləcək.
Həmçinin, Almaniyadan sığınacaq almaq üçün yeni müraciət edənlər bundan sonra ilkin qəbul məntəqəsində 3 ay deyil, 6 ay saxlanılacaqlar.
Edilən dəyişikliklərdə həmçinin təhlükəsiz ölkələrin də siyahısı yenilənib və genişləndirilib. Beləliklə bu siyahıya daxil edilən ölkələrin vətəndaşları Almaniyada qaçqın statusu almaq şanslarını tam itiriblər.
Almaniyanın əsasən Suriya, İraq və Əfqanıstandan olan qaçqınlara diqqət ayırmağı planlaşdırdığı bildirilir.
Almaniya Maliyyə Nazirliyi isə növbəti ildə büdcədən qaçqınlara vəsait ayrılmasında problemlərin yaranma ehtimalının olduğunu deyib.
Onu da qeyd edək ki, politika.az xəbər verib ki, Ümumdünya İqtisadi Forumunun keçirdiyi rəy sorğusunun nəticəsinə görə, Almaniya digər Avropa ölkələri ilə müqayisədə qaçqınlara daha humanist münasibət göstərən ölkədir.