SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Səfərbərlik Xidmətinin fəaliyyətində nələr baş verir

21-11-2016, 18:16 | Oxunub: 9 660 |

Səfərbərlik Xidmətinin fəaliyyətində nələr baş verir
Xərclərin təkcə iki təsnifatı üzrə “qənaət olunan” məbləğ 140 000 manat təşkil edib

Artıq xəbər verdiyimiz kimi, son vaxtlar redaksiyamıza daxil olan məlumatlardan dolayı, biz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi tərəfindən yol verildiyi iddia olunan maliyyə maxinasiyaları barədə bir müddət bundan öncə Ölkə Prezidentinin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevə məktub ünvanlamışdıq. Bundan sonra əldə etdiyimiz məlumatda isə, məsələnin artıq ciddi nəzarətə götürüldüyü və təqdim etdiyimiz dəlillərin araşdırılması üçün Hərbi Prokurorluğa göndərildiyi bildirilmişdi. Qeyd edək ki, Səfərbərlik Xidmətinin rəisi Arzu Rəhimov tərəfindən yol verilən maliyyə maxinasiyaları və bu əsasla baş verən dövlət vəsaitlərinin mənimsənilməsi hallarını təsdiqləyən dəlillərin müəyyən bir hissəsi qəzetimizdə dərc olunan materiallarda da yer almışdı. Bu xüsusda biz artıq göstərmişdik ki, Səfərbərlik Xidmətinin ehtiyaclarına 2016-cı il üçün büdcədən 20 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitin yarıdan çoxu, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Ştatdankənar işçilərin əmək haqqı məbləğı isə, 22 min 500 manat qeyd edilib. Halbuki, əksər mənbələrin iddialarına görə, artıq bir neçə ildir ki Səfərbərlik xidmətinin strukturlarında ştatdan kənar işçilər mövcud deyil. Bundan bir qədər sonra redaksiyamıza təqdim olunan növbəti açıqlamada daha böyük məbləğlərdə mənimsəmələrdən bəhs olunurdu: “2016-cı il üçün təsdiq olunmuş smetada əməkdaşların əmək haqqlarının ödənilməsi üçün nəzərdə tutulan məbləğ 10 876 320 manat göstərilib. Dəqiqləşdirilmiş smetada isə, bu rəqəm artıq 10 452 000 manat qeyd olunub. Bu, o deməkdir ki, real hesablanaraq əməkdaşlara verilən əmək haqqı nəzərdə tutulandan 424 320 manat az olub. Əlbəttə ki, digər bəndlər üzrə də belə uyğunsuzluqlar kifayət qədərdir. Amma əsas məsələ, yaranan fərqi artıq təsdiq olunmuş xərclər smetası çərçivəsində digər bəndlərin köməyi ilə “balansda” saxlamaqdan ibarətdir. Təbii ki, bu məqsədlər üçün yoxlanması daha çətin, bəlkə də qeyri-mümkün olan xərc təsnifatı tələb olunur. Məsələn, dərman, sarğı ləvazimatları və materialların alınması məqsədlərinə ayrılan məbləğ təsdiq olunmuş smetada cəmi 15 000 manat göstərilibsə, dəqiqləşdirilmiş smetada həmin xərclər artıq 797 646 manatdır. Yəni ilkin nəzərdə tutulduğundan 53 dəfə çox. Daha sonra, götürək elə əməkhaqqı bəndi ilə birbaşa əlaqəli olan DSMF-yə ayırmaları. Bu təsnifat üzrə təsdiq olunmuş smetada nəzərdə tutulmuş məbləğ 2 518 505 manat nəzərdə tutulub. Dürüstləşmiş smetada isə, məbləğ artıq 2 268 505 manatdır. Yəni, bu təsnifat üzrə də yaranmış “qalıq” 250 000 manat təşkil edib. Bundan başqa, xarici ezamiyyələr üçün nəzərdə tutulmuş 40 000 manatın müqabilində, cəmi 20 000 manatın xərcləndiyi, yəni qalıq məbləğin 20 000 manat olduğu göstərilir...” Məsələnin Hərbi Prokurorluq tərəfindən araşdırılmasını nəzərə alaraq, bizə təqdim olunmuş faktlardan daha bir neçəsini dərc etmək qərarına gəldik. Beləliklə, Səfərbərlik Xidəmətinin stukturlarına dəftərxana və təsərrüfat xərcləri üçün nəzərdə tutulan vəsaitin məbləği təsdiq olunmuş smetada 550 000 manat göstərilib. Dürüstləşmiş smetada isə, bu məbləğ artıq 480 000 manat olaraq yer alıb. Bizim Dövür.az bildirir ki, həmçinin mətbəə xərcləri bölməsində də bu rəqəmlər müvafiq olaraq, 650 000 manat və 580 000 manat olaraq əks olunublar. Yəni, hər iki təsnifat üzrə (ayrı-ayrılıqda) “qənaət olunan” məbləğ 70 000 manat təşkil edib.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR