17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Nadir Qafarzadənin növbəti davası
Müğənni Nadir Qafarzadə ilə Rusiyanın “Aeroflot” şirkətinin əməkdaşı arasında insident baş verib.
Hadisənin şahidləri bildirib ki, sənətçi bir həftə əvvəl Moskva-Bakı səfəri zamanı stüardessa ilə mübahisə edib.
Mübahisəyə səbəb isə Nadirin əlavə spirtli içki istəməsi olub. Şirkət əməkdaşı isə bunun üçün müğənninin ödəniş etməli olduğunu qeyd edib.
Bundan sonra sənətçi əsəbiləşərək stüardessanı təhqir edib. Hər iki şəxs arasında mübahisə yaranıb.
“Aeroflot” nümayəndəsi isə aidiyyatı orqanlara müraciət edib. Şikayətçi iddia edib ki, Nadir, mübahisə zamanı onu telefonla videoya çəkib.
İfaçı yayılan xəbəri təkzib edib. Sənətçi bildirib ki, o həmin uçuş vaxtı ümumiyyətlə spirtli içki qəbul etməyib: "Hansısa kiçik mübahisə ola bilər, amma bunu dava kimi təqdim etmək düzgün deyil. Ola bilər ki, mən stüardessaya hansısa irad bildirmişəm. Amma bir daha deyirəm ki, dava olmayıb".