18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AMEA-da şəhərciyin kommersant müdiri
Bayram Babayev kənarda yerləşən kommersiya obyektlərinin işinə nəzarət etmək üçün iş saatlarında akademiyanı tərk edir
Redaksiyamıza Azərbaycan Milli Elmlər Akademiyası şəhərciyinin direktoru Bayram Babayevin fəaliyyətinə dair şikayət məzmunlu məlumatlar gəlməkdə davam edir. Bu mövzuda ötən saylarımızda dərc etdiyimiz yazılarda biz artıq qeyd etmişdik ki, bu ilin fevral ayında Bayram Babayev AMEA-nın Akademiya şəhərciyinin direktoru vəzifəsinə təyin edilib. Məlumdur ki, Akademiya şəhərciyinin keçmiş direktorunun fəaliyyətindən burada çalışan elmi işçilərin böyük əksəriyyəti artıq uzun müddətdən bəri idi ki, ciddi narazılıqlarını ifadə edirdilər. Lakin bu vəzifəyə Bayram Babayevin təyinatına bağlanan ümidlər də özünü doğrultmadı. Bu barədə redaksiyamıza təqdim olunan açıqlamalarda xəbər verilir: “Bu gün bizim akademiyanın təsərrüfat sahəsində qəribə bir vəziyyət yaranıb. Şəhərcik direktoru vəzifəsinə Bayram Babayev yeni təyin olunanda düşündük ki, bəlkə vəziyyət düzələr. Amma yanılmışıq. Akademiyanın resursları hesabına öz cibini dolduran şəhərcik müdiri, az qala alimləri də özünə aid olan “inventar” yerinə qoymağa çalışması ilə, hər kəsin əsəbləri ilə oynayır. Yenə də mühafizəçilərin elmi işçilərə qarşı törətdikləri kobudluqlar səngimək bilmir. Bayram Babayev isə, AMEA əməkdaşlarının elmi tədqiqatlarını stimullaşdırmaq üçün şəraiti daha da yaxşılaşdırmaq əvəzinə, digər işlərlə məşğuldurlar. Yalnız həyətdə görülən abadlıq işlərini özlərinin “əvəzsiz” xidmətləri kimi göstərməyə çalışırlar. Çünki abadlıq işlərində “kənar” gəlirlərin imkanları qat-qat çoxdur...” Daha sonra aldığımız növbəti məlumatlardan birində isə, Bayram Babayevin artıq başa çatmış II Azərbaycan Elm Festivalına hazırlıq işlərində iştiraklarına dair maraqlı açıqlamalar təqdim olunmuşdu: “Bayram Babayev qəzetinizdə yazılanları əslində təkzib etməyə heç çalışmır da. Sadəcə olaraq, olanlara görə məsuliyyəti öz üzərindən atmaq üçün yuxarı insytansiya rəhbərinin adını hallandırır. Bayram Babayev deyir ki, o, özbaşına deyil və nə edirsə, yalnız Akademiyanın İşlər idarəsinin müdiri Fətəli Abdullayevin tapşırıqlarına əsasən edir. Eyni zamanda da, Bayram Babayev onsuz da əldə etdiyi “gəlirlərin” hamısını Elm Festivalının keçirilməsinə xərclədiyini bəyan edib...” Xatırladaq ki, II Elm Festivalı AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilib. Dünən aldığımız ən son məlumatda isə, Bayram Babayevin “kommersiya” fəaliyyətinə dair maraqlı açıqlama təqdim olunur. Mənbə bildirir ki, bu gün şəhərcik müdiri artıq AMEA-nın ərazisində yerləşən kafe və çayxanaları da özünə tabe etməyi bacarıb. Onun bu məqsədlə hansı təsir vasitələrindən yararlandığını bilməsək də, iddiaya görə, Bayram Babayev həmin obyektləri işlədən insanları ona aylıq haqq ödəməyə razı sala bilib. Digər bir məlumatda isə, şəhərcik müdirinin özünün birbaşa vəzifə borclarının icrasına son dərəcə səhlənkar yanaşdığı iddia olunur. Məlumatda deyilir: “Hər hansı bir problem yarandıqda və məsələyə Bayram Babayevin müdaxiləsi tələb olunduqda, onu iş yerində tapmaq mümkün olmur. Günün əksər saatlarında şəhərcik müdiri ümumiyyətlə akademiyanın ərazisində olmur. Deyilənə görə, həmin saatlarda Bayram Babayev kənarda yerləşən kommersiya obyektlərinin işinə nəzarət etmək üçün akademiyadan gedir...”