18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Cərimələnən abunəçi “Azercell”i biabır etdi - iki ovuc 3 qəpiklə
“Xatırlayırsınızsa bir müddət əvvəl Azercell-in məni məhkəməyə verməsi ilə bağlı məlumat vermişdim. Dəyərli hüquqşunaslarla məsləhətləşmədən sonra məhkəmənin yenidən qaldırılmasının bir nəticəsinin olmayacağı qənaətinə gəldim və ödənişi etməyə qərar verdim”.
Emtv.az xəbər verirki, bu sözləri şirkətin abunəçisi Orxan Kəngərli Politika.az-a bildirib. Onun sözlərinə görə, etirazımı bildirməyi də unutmayıb: “85 azn 90 qəpik ödənişin 46 azn-nini əzilmiş və ləkələnmiş 1 manatlıqlar şəklində, 4.14 azn isə çoxluğu 1, 3 və 5 qəpiklərdən ibarət 2 ovuca sığmayacaq qədər qəpik apardım”.
Kəngərli ödənişin ardından da bu sözləri söyləyib: "Unutmayın manatlıqlar və qəpiklər Azercell-ə gedəcək. Bu şirkət insanları həm vətəndaş həm də müştəri nöqteyi nəzərindən hüquqlarını kobudcasına pozur. Minlərlə insanın mənəviyyatı ilə oynayırlar.
2013-cü ilin yanvar ayında bağlanan müqavilənin məhkəməsini 3 il 5 aydan sonra keçirmək heç bir əxlaqa və müştəri haqlarına sığmaz. Mənim üçün pul məsələsi əsas deyil.
Mən yazılmamış "müştəri- şirkət" ələxüsus insan münasibətlərinin pozulmasını düşündükcə sinirlərim dinc durmur.
Onlar bu cür hərəkətlərinə görə zaman gələcək cavab verəcəklər. Görünür 20 ildən artıq işləyən şirkətin başında olanların gözləri doymayıb. Di gedib qəpikləri saysınlar. Bəlkə gözləri doyar”.
Elə gün yoxdur “Azercell” mobil operator şirkətindən şikayət olmasın. "Azercell” mobil operatorundan şikayətlər səngimək bilmir. Bu şirkətdən narazılıq artıq kütləviləşməyə başlayıb.
Ölkənin aparıcı mobil operatorlarından olan "Azercell” abunəçilərini aldatmaqda davam edir. Şirkətin müxtəlif kampaniyalarda, internet tariflərində, danışıq paketlərində yol verdiyi peşəkar fırıldaqlar insanları cana doydurub.
Mobil danışıq bazarında hələ də dominantlığını qoruyub saxlayan Azercell şirkətinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən çox yumşaq ölçü götürülür. Hər dəfə nazirlik sözlə kifayətlənir.