17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Orta məkdəb Şagirdləri TƏHLÜKƏDƏ: - FOTO
Məktəbin səkkiz birmətəbəli tədris korpusunun mühəndis müayinəsinin nəticələrinin təhlili göstərir ki, ibtidai siniflərin yerləşdiyi korpusların uzunmüddətli istismarı zamanı onların yükdaşıyan konstruksiyalarında zədələr yaranıb.
Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirdilər ki, təhlükəsizliyin təmin olunması məqsədilə qəzalı vəziyyətdə olan korpusda təhsil alan şagirdlər istiliklə tam təmin olunan əsas korpusa köçürülərək ikinci növbədə yerləşdirilib.
171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpuslarında zəruri təmir işlərinin aparılması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılıb.
***
Paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Milli Qəhrəman Zaur Məmmədov adına 171 saylı orta məktəb acınacaqlı durumdadır.
Bu barədə Publika.az-a Xətai sakinləri məlumat verib.
Sakinlər təhsil müəssisəsinin bərbad vəziyyətdə olmasından şikayətləniblər. Heç şübhə yox ki, bu, şagirdlərin həyatının təhlükədə olması deməkdir. İstənilən an məktəb binası uça və şagirdlər ağır xəsarət ala bilərlər.
“Bu təhsil müəssisəsi keçmiş sovet dövründə Azərbaycanda analoqu olmayan məktəb sayılıb. Amma indi uçub dağılmaq vəziyyətindədir. Təəssüf ki, bizim uşaqlar belə bir şəraitdə olan məktəbdə oxuyur. Onların həyatından ciddi narahat oluruq”, - deyə valideynlərdən biri söyləyib.
Valideynlər bildirirlər ki, məktəbin güclü müəllim potensiali var. İbtidai sinif və yuxarı sinif müəllimləri savadlı və gözəl xüsusiyyətlərə malikdirlər: “Əfsuslar olsun ki, artıq 8 ildir ki, məktəbin təmirə bağlanacağı barədə ancaq vədlər verilir. 1978-ci ildə inşa olunan təhsil müəssisəsi heç vaxt əsaslı təmirə bağlanmayib”.
Sakinlərin sözlərinə görə, bu cür məktəb SSRİ ərazisində cəmi 3 respublikada – Azərbaycanda, Rusiyada və Özbəkistanda olub: “Onun özəlliyi məktəbin idman təmayüllü olması ilə bağlıdır. Akt zalı sirk arenasi kimi dairəvidir. Məktəb idman təmayüllüdür. Onun üzgüçülük hovuzu, ayrıca basketbol və voleybol zalları fəaliyyət göstərib. İndi belə bir günə düşmüş qəzalı vəziyyətdə olan məktəb göz qabağında dağılıb gedir. Acınacaqlısı odur ki, ətrafdakı bir neçə məktəb təmir olunub. 95, 138 saylı və digər məktəblər keçən il tam təmir olunaraq istifadəyə verilib”.
Anar Tağıyev