17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
III Dünya Müharibəsi 2017-ci ilə qədər başlayacaq – İKİ SSENARİ
“Üçüncü Dünya Müharibəsi Latviyadan başlana bilər”.
Bu barədə “Foreign Policy” nəşri yazıb.
Nəşr yazır ki, hazırda Rusiya üçün “soyuq müharibə”dən sonra ən əlverişli şərait yaranıb: “Amerikada prezident dəyişdi, Avropa Birliyi çalxalanır. Putinin növbəti addımı daha təhlükəlidir. Ehtimal ki, o, Baltikyanı ölkəyə hücuma keçəcək. Hansı ki, bu ölkələr NATO üzvüdür. Yox, Putin Rusiya əsgərlərini bölgəyə göndərməyəcək. O, Rusiyaya bağlı olan yerli vasitələrdən istifadə edərək, hərbi təxribat törədəcək. Ehtimal ki, latviyalılar və estoniyalılar ruspərəstlərə etiraz edərək, “beynəlxalq müdafiə” xahişi ilə Qərbə müraciət edəcəklər. Belə olanda “Baltikyanın azad olunmuş rus xalq cəbhəsi” ortaya çıxacaq. NATO-nun sammiti toplaşacaq və Şimal Alyansının nizamnaməsinin 5-ci maddəsinin tətbiq olunması tələb olunacaq, almanlar və fransızlar qəzəblə etiraz edəcəklər və hər kəs Amerikaya üz tutacaq. ABŞ-ın seçəcəyi tərəf qalib olacaq”.
Nəşr vurğulayır ki, əgər NATO 5-ci maddəyə uyğun olaraq öz öhdəliyini yerinə yetirməsə, o zaman da ittifaqın mövcudluğu şübhə altına düşəcək.
“Şərqi Avropanın bəzi ölkələri daha güclü olanın yanında yer tutmağa çalışacaqlar. Polşa silahlanacaq. Baş verənlər Putinin Avropada parçalanmış Qərb və qeyri-məhdud müdaxilə sahəsi arzusunun həyata keçməsinə imkan yaradacaq”, - deyə nəşr vurğulayıb.
Məqalədə bildirilir ki, əgər NATO 5-ci maddəyə əməl edəcəksə, bu, faktiki olaraq, Rusiya və Qərb arasında böyük müharibənin başlanması deməkdir: “Ruslar Trampın Ağ Evə gəlməsinə qədər hücuma keçə bilər və müharibə güman ki, Latviyadan başlanacaq. Lakin Tramp bunun qarşısını ala bilər”.
Asif