SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İcra başçısının barmaqları qırıldı

10-11-2016, 09:24 | Oxunub: 12 349 |

İcra başçısının barmaqları qırıldı“Tədbirdə belə bir səhnə olacağını bilmirdim. Tribunadan eşitdim ki, mərasimə erməni bayrağı gətiriləcək və ayaq altına atılıb tapdalanacaq. Mən də dedim ki, bayrağı saxlayın gəlirəm”. Emtv.az saytı xəbər verir ki, bunu modern.az-a açıqlamasında Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib. Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının maketini sındırması barədə tənqidlərə icra başçısı özünəməxsus aydınlıq gətirib:

“Tribunadan düşdüm və bayrağı əksinə çevirdim. Elə təsəvvür etdim ki, ermənidir, başını aşağı, ayaqlarını göydə tutmuşam. Bir yumruq da onun nəzərdə tutduğum yerindən vurdum. Maket iki yerə bölündü. Doğrudur, barmaqlarım sınıb, rentgendən keçdim. Amma ciddi bir şey yoxdur”.

İcra başçısı deyib ki, Kolumbiya bayrağından söhbət gedə bilməz: “O səhnəni görməyənlər eynək taxıb yaxşı-yaxşı baxsınlar. Kim bu hadisəni belə bəzəyib-düzəyib, bilmirəm. Amma söhbət mənim önümə gətirilən erməni bayrağından gedir. İndi bilmirəm Azərbaycanda erməni bayrağının müdafiəsinə qalxan, qanında erməni qanı olan, evində erməni yatızdıran kimlərdir... Hesab edirəm ki, bilərəkdən belə şayiələr yayır, panika yaradırlar. Yenə deyirəm, o bayraq erməni bayrağı idi, mən də yaxşı eləmişəm, əcəb eləyib sındırmışam. Mən müharibə iştirakçısıyam, Qarabağda döyüşmüşəm. O an gözümün qabağına Xocalını gətirdim, azərbaycanlı qadınların boğazına bayrağımızı asıb boğduqlarını gətirdim.

O şəkillər məndə var. Şərəfsizlər, alçaqlar bunu demirlər, siyasi oyunbazlıq edirlər. Mən buna siyasi oyunbazlıq deyirəm və bildirirəm ki, bu panikanı yayanlar erməninin tərəfində olanlardır. O şiferin üstündəki əsl erməni bayrağı idi. Daşkəsənin özündə 120 nəfərə qədər erməni qadını var, qohumlarının hamısı Ermənistandadır. İndi də bizə deyirlər ki, “sizin arvadınızıq, sizin qulluqçunuzuq, sizə xidmət edirik”. Baxın o xəbəri yayanlar da ermənidir. Dünəndən Bakıdakı ermənilər od tutub yanırlar”.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR