18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Zaman maşını”nın testi başlayır – NASA-dan inanılmaz layihə
Yer kürəsində baş verən hadisələr saniyədə 300 min km sürətlə kainata yayılır və sonsuzluğun yaddaşına yazılır. Bu sürəti bir neçə min dəfə qabaqlamaqla keçmişi görmək mümkündür.
Emtv.az xəbər verir ki, NASA elm aləmində “zaman maşını” adlandırılan və insanı 13,6 milyard il əvvələ apara biləcək Ceyms Veb Kosmik Teleskopunun test çalışmalarına başlayıb. 8.8 milyard dollara başa gələcək bu teleskop üstün texnoloji xüsusiyyətləri sayəsində 13,8 milyard il əvvəl kainatın yaranmasına səbəb olan Böyük Partlayışdan 200 milyon il sonranı izləyə biləcək.
Habblın izləyə bilmədiyi bölgələri də incələyəcəyi planlaşdırılan Ceyms Veb Teleskopu 2018-ci ildən etibarən Habblın yerini tutacaq. Habbl ilə müqayisədə kosmosu incəlikləri ilə izləyəcək olan Ceyms Vebin Yerdən kənarda həyatın mövcud olub-olmaması ilə bağlı önəmli kəşflər edə biləcəyi bildirilib. 6,5 metr hündürlüyü olan Ceyms Veb Yerdən təxminən 1,6 milyon uzaqlıdakı orbitə yerləşdiriləcək. Bu məsafə Yerlə Ay arasındakı məsafədən təqribən 4 dəfə çoxdur.
Qeyd edək ki, Habbl NASA və Avropa Kosmik Agentliyinin birgə layihəsidir. Yerin orbitinə 1990-cı ildə “Diskaveri” şattlı ilə buraxılıb.