SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Dekabrda dolları nə gözləyir?

3-11-2016, 09:58 | Oxunub: 7 234 |

Dekabrda dolları nə gözləyir?FED-in Federal Açıq Bazar Komitəsinin (FOMC), Vaşinqtonda keçirdiyi toplantısında faiz dərəcəsi dəyişdirilməyərək 0.25%- 0.50% aralığında saxlandı.
Emtv.az xəbər verir ki, onsuz da bu toplantıda bazar iştirakçıları, iqtisadçılar FED-in faiz artımına getməyəcəyini gözləyirdilər.
Bankın açıqlamasında bildirilir ki, iclasda FED rəsmiləri sürətlənən inflyasiya şəraitində faiz artımı üçün zəminin gücləndiyini deyiblər. Bu da dekabr ayında faiz artımının baş verəcəyini göstərir.
Komitə federal fond faizində (uçot dərəcəsi) artım üçün zəminin güclənməkdə olduğunu deyib. Bildirilib ki, hədəflərə doğru davam edən poseslərdən daha çox işarə görmək üçün bir az da gözləyəcəklər.
FED rəsmiləri açıqlamada, inflyasiyanın 2 faiz olan hədəflərinə doğru hərəkət etdiyi barədə artan inamlarına da yer veriblər.
ABŞ Mərkəzi Bankı açıqlamasında qiymət artımlarının (inflyasiyanın) sürətinin bu ilin əvvəlindən bu yana artdığını və inflyasiyaya dair bazar əsaslı göstəricilərin yuxarı istiqamətdə hərəkət etdiyini bildirib.
Komitə həmçinin, keçən açıqlamasındakı, inflyasiyanın yəqin ki, “yaxın perspektivdə aşağı qalacaq” şəklindəki ritorikasına bu açıqlamasında yer verməyib.
Gələn həftə ABŞ-da prezident seçkisi keçiriləcəyindən FED-in bu iclasda faizləri artırmayacağı bəlli idi. Lakin dekabrda faiz artımına gediləcəyi istisna edilmir.
Qeyd edək ki, komitənin sentyabr ayındakı iclasında verdiyi qərara müxalif qalan üç üzvdən ikisi – FED-in Klivlend sədri Loretta Mester və Kanzas Siti sədri Esther Corc, bu toplantıda da siyasət faizinin 0.25-0.50% intervalına yüksəlməsinə səs veriblər. Üçüncü FED üzv Boston Fed Erik Rosengren, faizin dəyişdirilməməsi qərarına dəstək verib.
Onu da bildirək ki, 2016-ci ilin sonuna qədər FED-in faiz artımına gedəcəyi ehtimalı iyun ayından bu yana ən yüksək səviyyədədir – təxminən 70 faiz civarında.
Xatırladaq ki, FOMC-ın növbəti iclası 13-14 Dekabr 2016-cı il tarixlərində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR