SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İstanbulun küçələrində qan su yerinə axacaq – PENTAQONUN SSENARİSİ

3-11-2016, 09:08 | Oxunub: 6 258 |

İstanbulun küçələrində qan su yerinə axacaq – PENTAQONUN SSENARİSİPentaqonun nümayəndəsi Mikael Rubin Türkiyəni dəhşətli günlərin gözlədiyini açıqlayıb.
Emtv.az xəbər verir ki, Rubin daha çox təhdid kimi “American Enterprise Institute” təşkilatının saytında yayımlanan məqaləsində Türkiyənin qan gölünə çevriləcəyini yazıb.
“Türkiyə mütləq qan gölünə çevriləcək. Maraqlı olan bunun nə vaxt baş verəcəyidir”, - deyə o bildirib.

Rubin iddia edir ki, Türkiyədə konstitusiya dəyişikliyi məsələsi ciddi problemlər yaradacaq.

“Doğu Perinçek (Vətən Partiyasının sədri. “Dərin dövlət”in adamı olaraq tanınır-red) Ərdoğana qarşı çıxacaq. Bu gün Perinçek müdafiə naziri səviyyəsində gücə malikdir. Qarşıdurma yaşanacaq”, - deyə Pentaqon nümayəndəsi iddia edib.

Ardınca, “Türkiyə qan gölünə çevrilmək üzrədir” deyə bildirib.

Onun iddialarının həqiqətə yaxın olması şübhəlidir. Lakin Pentaqon nümayəndəsinin bu sözləri dilə gətirməsi daha çox Türkiyəni təhdid etmək kimi qiymətləndirilir. Türkiyəli ekspertlərə görə, Rubin əslində “Türkiyə qan gölünə çevriləcək” deməklə Vaşinqtonun Ankaraya təhdidini dilə gətirir və gələcəkdə ABŞ-ın Türkiyəyə qarşı mümkün ssenarisini göstərir. Onun 15 iyul dövlət çevrilişi cəhdini həyata keçirən FETÖ lideri Fətullah Güləni müdafiə etməsi də bunu deməyə əsas verir.

Qeyd edək ki, M.Rubin 2003-2004-cü illərdə İraqın işğalında iştirak edib və işğaldan sonra bu ölkənin idarəçiliyində yer alıb. Hazırda Amerika Təşəbbüslər İnstitutunda işləyən Rubin ABŞ Donanmasının Hərbi Akademiyasında dərs deyir. O, Amerikada nəşr olunan “Middle East Quarterly” (Yaxın Şərq bülleteni) jurnalının redaktorudur.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR