18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Ordumuz işğaldakı ərazilərin üçdə bir hissəsinə nəzarəti ələ alıb - İRƏVAN ETİRAF ETDİ
Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb.
Emtv.az xəbər verir ki, erməni rəsmilər bunu istəməyərək olsa da, etiraf ediblər.
Hər şey apreldə “dördgünlük müharibə” zamanı Talış kəndini tərk edən ermənilərin hələ də geri qayıtmaması məsələsinin müzakirəsi zamanı ortaya çıxıb.
Qeyd edək ki, işğal altındakı Talış kəndi və ətraf bölgələr Azərbaycan Ordusunun nəzarəti altındadır. Ordumuz buna “dördgünlük müharibə” zamanı işğaldan azad etdiyi yüksəkliklər hesabına nail olub. Hazırda Ordumuzun əlində olan yüksəliklər 10 kilometrlərlə əraziyə nəzarət etmək imkanı verir. Ermənilərin geri qayıtmaq istəməməsinin səbəbi də budur.
Erməni rəsmilərin dedikləri isə orduzumun nəzarətində olan ərazilərin daha çox olduğunu deməyə əsas verir.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Talış kəndini tərk etmiş ermənilərə səslənərək, onları geri qayıtmağa çağırıb.
Daha sonra o, Azərbaycan Ordusunun daha çox əraziyə nəzarəti ələ aldığını da dolayısı ilə etitaf edib.
“Əgər düşünürüksə ki, Azərbaycan əsgərlərinin nəzarəti altında olduğuna görə, o ərazilərə qayıtmamalıyıq, o zaman, digər əraziləri də tərk etməliyik. Çünki onlar (Azərbaycan əsgərləri - red) ərazilərin 1/3 hissəsinə nəzarət edir. O zaman nəzarət altındakı digər ərazilərdə də məskunlaşmaq doğru deyil. Hesab edirəm ki, biz belə düşünməməliyik və insanlar geri qayıtmalıdır”, - deyə o, vurğulayıb.
E. Şarmazanov geri qayıdanlara pul veriləcəyi vədini də verib.
Ermənistanın “lragir” saytı isə yazır ki, aprel müharibəsində qaçan ermənilərin yarısı Xankəndində, yarısı da İrəvanda yaşayır.
Sayt əlavə edib ki, məsələ onların geri qayıdıb-qayıtmaması yox, Ermənistanın aprel müharibəsində dəyişən sərhədlərlə artıq razılaşmasıdır: “Serj Sarkisyan Sankt-Peterburq görüşündən sonra mülki geyimdə dəyişmiş sərhədlərə baxış keçirdi. Əslində, onun mülki formada olması yeni reallığı qəbul etməsi idi”.