18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
4 uşaq anası olan arvadını körpüdən atmaq istədi - Bakıda
Bakının Hökməli qəsəbəsində kişi həyat yoldaşını polislərin gözü qarşısında körpüdən atmaq istəyib.
Bu barədə Emtv.az-a Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, əri tərəfindən zorakılığa məruz qalan 4 uşaq anası ölümlə hədələnib: “Qadın iki aydır ki, sığınacaqdadır. O, mütəmadi olaraq əri tərəfindən söyülüb, döyülüb və təhqir olunub. Əri arvadını evdən bayıra buraxmayıb. Bir yerə gedəndə qapını arxadan bağlayıb, axşam gələndə isə onu özü açırmış. Ərinin hərəkətlərindən bezən qadın 3 qızını götürərək evindən qaçıb. Oğlu isə ərində qalıb”.
M.Zeynalova bildirib ki, kişi arvadını taparaq məcburən evə aparmaq istəyib: “Qadın getmək istəməyib, polis çağırıb. Kişi isə arvadını polislərin gözü qarşısında Xırdalandakı Dəyirman körpüsündən atmaq istəyib. Polislər isə ona mane olub. Kişinin həyatında başqa qadın var. Dəfələrlə qadının əri ilə danışmağa cəhd etsək də onu tapa bilməmişik”.
M.Zeynalovanın sözlərinə görə, kişi iyun ayından 157-ci maddə ilə axtarışdadır: “Amma təəssüf ki, həmin kişi ilə bağlı heç bir tədbir görülməyib. Kişi bilmir ki, arvadı sığınacaqdadır, biz onu gizlədirik. Bilsə bəlkə də bura da hücum çəkər”.