18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Reanimasiyaya yerləşdirilən Səyyad Əlizadənin SON DURUMU
Gecəyarısı halı pisləşən və təcili yardım maşını ilə C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə yerləşdirilən Səyyad Əlizadə hələ də reanimasiyadadır.
Emtv.az müğənni ilə əlaqə saxlayıb. Vəziyyətinin yaxşılaşdığını deyən Səyyad Əlizadə sabah evə buraxılacağını deyib: “Dünən soyuqlamışdım, qulunclarım ağrıdı, sonra da qarın boşluğumda ağrılarım oldu. Həkim çağırdıq, xəstəxanaya apardılar. İndi yaxşıyam. Həkimləri sağ olsun, indi özümü yaxşı hiss edirəm. Mənə görə narahat olan insanlara təşəkkür edirəm”.
Müğənni ürək-damar sistemində heç bir problem olmadığını deyib.
***
Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.
Emtv.az-ın məlumatəna görə, bu barədə Azadinform-a müğənninin yaxınları xəbər verirb. Onların sözlərinə görə, müğınninin halı saat 23:00 radələrində qəfildən pisləşib. Onu evində müayinə edən təcili yardım həkimləri C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə yerləşdiriblər. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.
“Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib.