SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Zinger”in hansısa nömrəsi İsaak Zingerin bankdakı hesabına çıxışdır.

27-10-2016, 09:46 | Oxunub: 8 005 |

“Zinger”in hansısa nömrəsi İsaak Zingerin bankdakı hesabına çıxışdır.Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda bəzi insanlar antik əşyalar axtarışına çıxıb az müddətdə varlanmaq həvəsinə düşdülər. Kimi ilan zəhəri axtarıb İsrailə gedən yəhudilərə satmaq istədi, kimi şahin ovlayıb Ərəbistan səfirliyinin əməkdaşlarına satmağı qərara aldı. Hətta Kəlbəcər işğal edilməzdən əvvəl Bakıdan ora həvəskarlar gedib cələ də qururdular. Düzdür, Azərbaycanın bir sıra bölgələrində şahinlər yaşayır amma ən çox Kəlbəcər və Gədəbəyə üstünlük verilirdi. O illərdə söz çıxdı ki, tələbələrdən biri şahin tutmaq üçün dağın zirvəsinə qalxıb və oradan yıxılaraq həyatını itirib.

İş təkcə ilan zəhəri və quşla bitmirdi. Bəziləri qədim xalçaları diplomatlara satıb çoxlu gəlir əldə etdi. İncəsənət Muzeyindən rəsm əsərlərinin oğurlanaraq bir neçə aydan sonra London auksionlarında satışa çıxarılması da həmin dövrə təsadüf edir. Hətta dəmir rublların alışına da start verildi. Belə söhbətlər gəzirdi ki, 1 rublluq sikkələrin Leninin kəlləsi olan hissəsində platin var.

Bəziləri isə hələ də bu günə qədər “Zinger” tikiş maşını və qədim 25 rublun axtarışındadır. Zibilliyi eşələyib “Foton” televizorlarının ardınca düşən isə daha yoxdur. Çünki daha o televizordan qalmayıb, ehtiyat hissələri satılıb qurtarıb.

Yarım milyonluq 25 rubl
Hələ ötən əsrin 90-cı illərinin əvvəlində haray-həşir düşdü ki, “kimdə bu 25 rubldan olsa, 100 min dollar verirəm”. Əksəriyyət onun axtarışına çıxdı. Deyilənə görə belə bir rubl Şəmkir rayonunda bir qadında olub və həvəskarlar o ağbirçək qadının yanına gedib tez alıblar. Bir fərziyyəyə görə üç 25 rubl hələ də qalmaqdadır. O adamlar qiymətin milyona qalxmasını gözləyirlər. Rusiya tarixinin müxtəlif illərində “25 rubl” dövriyyəyə buraxılıb. Amma əsas axtarılan 1876-cı ildə knyaz Aleksandrın 30 illik yubileyi şərəfinə buraxılan 25 rubldur. Düzdür, 2-ci Nikolayın zamanında da 25 rubl buraxılıb və o da auksionlarda baha qiymətə satılır amma Aleksandrın şərəfinə istehsal edilən sikkə daha qiymətlidir. Əslində, 25 rublu olana 100 min dolların verilməsi həqiqət idi. Çünki bu rubllar auksionlarda qat-qat baha qiymətə satılırdı. Məsələn, 1876-cı ildə buraxılan “25 rubl” 2015-ci ildə Dmitry Markovun “Coins and Medals” auksion evində 170 min dollara satılıb. 2014-ci ildə isə bir müştəri onu 325 min ABŞ dollarına almışdı. 2012-ci ildə “Aleksandr” Aukson Evində isə 165 min ABŞ dollarına satılan vaxtları da oldu. İllər keçdikcə bu rublun qiyməti də artır.

“Zinger”, yoxsa “Singer”?
Tarixə avara və arvadbaz kimi düşən ixtiraçı İsaak Merrit Zinger günlərin birində borca düşür. Borc yiyələri onu divara dirəyirlər ki, təcili pulu qaytarmalısan. İsaak söz verir ki, 11 gündən sonra borcu qaytaracaq. Bu müddət ərzində o, yeni ixtira üzərində işləyir və “Zinger” tikiş maşınını ixtira edir. Yeni ixtiranı Patentləşdirmə İdarəsinə aparıb xeyli pul alır və borclarını qaytarır. Sonralar o deyirmiş ki, “mənim üçün vacib ixtira deyil.. mənim üçün vacib puldur”. İsaak ABŞ-da “The Singer Manufacturing Company”ni təsis edir. “Zinger” tikiş maşınının şöhrəti bütün dünyaya yayılır. Beləliklə, SSRİ-nin dağılmasından sonra gizli sexlər fəaliyyətə başlayır və həmin sexlərdə İtaliyanın, Türkiyənin dəbinə uyğun gödəkçələr tikilirdi. Sex sahibləri isə bu istiqamətdə “Zinger” tikiş maşınlarını almağa və işlətməyə üstünlük verirdilər.

Çünki bu maşınlar saatlarla elektrik enerjisiz işləyirdi. Onun ən vacib xüsusiyyətlərindən biri də bu idi ki, “Zinger” qalın dəri məmulatının üzərində də səliqəli tikiş aparırdı. Bu da sex biznesmenləri üçün sərfəli sayılırdı. Sonra Türkiyənin dəri gödəkçələri bazarı özünü elə tutdu ki, sex məhsullarına ehtiyac qalmadı. Həmin gizli müəssisələr bağlandı. Və “Zinger”in yeni erası başladı. Gəlir əldə etmək istəyənlər qəzetlərdə elan verdilər ki, “Zinger” tikiş maşınlarını yaxşı qiymətə alırlar. Üstündən bir müddət keçəndən sonra elanların məzmunu belə oldu ki, “biz “Zinger” yox, “Singer” alırıq. Qeyd edək ki, “Zinger” tikiş maşınlarının eyni variantı Almaniyada “Singer” adı ilə istehsal olunub. Sonrakı elanlar isə nə “Z”, nə də “S” hərfləri ilə bağlı oldu. Bildirildi ki, “seriya nömrəsinə diqqət edin”. Adamlar arasında yayılan söz-söhbətdə isə deyilirdi ki, “Zinger”in valında platin var. Bəzi adamlar bunun qızıl, bəziləri palladiya olduğunu qeyd etdilər. Hətta qəzetlərdə bu məzmunda elanlar da dərc edildi: “Siz bir maqnit götürün və tikiş maşınını çevirin. Çuqun istisna olmaqla, maqniti digər ehtiyat hissələrinə yaxınlaşdırın. Əgər val hissəsinə maqnit yapışmasa, deməli, o platindəndir. Onu baha qiymətə sata bilərsiniz”. Amma almanların xarakterinə bələd olan adam, onun istehsal etdiyi maşının valında platinin olmasına sadəcə gülə bilər. Ümumiyyətlə, 1930-cu illərə qədər tikiş maşınlarında qızıl tozundan istifadə olunub. Amma məhz “Zinger”də platininin olması yalan çıxdı. O ki qaldı “Zinger”in nömrə ilə alınmasına…Deyilənə görə “Zinger”in hansısa nömrəsi İsaak Zingerin bankdakı hesabına çıxışdır.
İndi Azərbaycanda yenə də bu maşının axtarışına çıxanlar var. Neyləmək olar? Tapanda o adamın təəssüf hissini görmək ağır olsa da edə biləcəyimiz bir şey yoxdur…

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR