17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Təyyarələr niyə səmada ağ izlər buraxır?
Təyyarələrin səmada buraxdığı ağ izlər sıxlaşma izləri olaraq adlandırılır. Bəzən diqqətəçəkici və qalıcı olan bu izlər bəzi hallarda hiss olunmayacaq dərəcədə zəif və qısamüddətli olur. Sıxlaşma soyuq havada verdiyimiz nəfəsin görünməsinə oxşar bir hadisədir.
Yanacağın təyyarə mühərrikində yanması nəticəsində havaya buraxılan tullantı qazların içində karbon dioksid, sulfid, azot-oksid birləşmələri və su buxarı kimi maddələr tapılır. Yüksək hündürlükdə havanın təzyiqi və tepraturu tullantı qazlarındakından daha aşağı olduğuna görə mühərrikdən atılan qazların içindəki su buxarı açıq şəkildə görünür. Görünən su damcıları və buz kristalları səmada bulud kimi ağ izlər buraxır. Mühərrikdən atılan çürük qazların içindəki qatı hissəciklər isə bu izlərin qalınlaşmasını asanlaşdırır.
Bu izlərin qalınlığı, uzunluğu və nə qədər qalıcı olduğu təyyarənin olduğu hündürlüyə, havanın tempraturuna, təzyiqinə və nəm dərəcəsinə görə dəyişir. Xüsusilə havadakı nəm dərəcəsinin aşağı olduğu hallarda bu izlər incə olur və tez zamanda yoxa çıxır.