18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eləcə də, respublikanın bölgələrində oktyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.
Emtv.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-9, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan artıq 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-dək davam edəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.