17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Goranboy və Beyləqanda iki nəfər evdə yanaraq ölüb
Gecə və səhər saatlarında Azərbaycanın Goranboy və Beyləqan rayonlarında baş verən yanğın hadisələri zamanı iki nəfər həyatını itirib.
Emtv.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın hadisəsi gecə saat 03:30 radələrində Goranboy rayonunun Qaraçinar kəndində qeydə alınıb.
Məlumata görə, orada vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.
Digər hadisə Beyləqan rayonunda baş verib. Ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailə yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.