SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Qızının ölümündən xəbəri yoxdur...” - Aparat rəhbərinin evindəki partlayışın TƏFƏRRÜATI

20-10-2016, 12:26 | Oxunub: 16 277 |

“Qızının ölümündən xəbəri yoxdur...” - Aparat rəhbərinin evindəki partlayışın TƏFƏRRÜATIXəbər verdiyimiz kimi, bu gün səhər saatlarında “Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb, digərləri isə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
Aldığımız məlumatlara görə, xəbəri eşidən hər kəs yaralılara baş çəkməyə gəlir.
Yaxınlarının sözlərinə görə, partlayışa səbəb evdən 40 metr aralıda yerləşən yeraltı qaz xəttindəki sızma olub:
"Şəbruz (Müşfiq Qurbanovun xanımı) səhər 6-da namaza duran vaxt işığı yandırıb və həmin an partlayış baş verib. Güclü partlayış 3 yaşlı Banıçiçəyi kənara atıb və valideynləri bir müddət qızı axtarıblar. Bu səbəbdən də ailə güclü yanıq xəsarəti alıb.
Şəbruz deyib ki, Banıçiçəyi tapmamış evdən çıxan deyil. Daha sonra Müşfiq Qurbanov qızını tapıb maşınla həkimə çatdırıb”.
Yaxınları daha sonra bildirib ki, faciədə həlak olan 3 yaşlı qızcığaz artıq dəfn olunub:
"Banuçiçək babasının məzarının yanında, Yasamalda torpağa tapşırılıb".
Qurbanovların yaxınları onu da qeyd edib ki, hazırda yaralılar üçün Türkiyədən helikopter çağırılıb:
"Leylanın (Ailənin böyük qızı) vəziyyəti yaxşıdır, danışa bilir. Müşfiqlə arvadı Türkiyəyə aparılacaq. Şəbruzun qızının ölümündən xəbəri yoxdu..."
***
Abşeron rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən partlayışın detallatı məlum olub.
Əməkdaşımız hadisənin baş verdiyi evə gedib və bəzi məsələləri dəqiqləşdirə bilib.
İkimərtəbəli fərdi yaşayış evi Müşfiq Qurbanova məxsusdur. O, Nəqliyyat Nazirliyində işləyir. Ev sahibinin həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. O, Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.
Evin yaxınlığından yerin altı ilə qaz kəməri keçir. Kəmərdə sızma olub və bundan heç kim xəbər tutmayıb. Kəmərdən sızan qaz Müşfiq Qurbanovun evinin altına yığılıb. Ev sahibi bu gün səhər namaza oyanıb. O, evin işıqlarını yandıranda dəhşətli partlayış baş verib. Partlayış o qədər güclü olub ki, ikimərtəbəli evin damını yerindən qoparıb.
Hadisə nəticəsində ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Müşfiq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova və onların 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Respublika Yanıq Mərkəzindən verilən məlumata görə, yaralıların hər üçünün vəziyyəti ağırdır. Ailə başçısının bədəninin 70 faizdən çoxu, onun həyat yoldaşı və qızıının isə bədəninin 80 faizindən çoxu yanıb.
***
Abşeronda yaşayış evində baş verən partlayışda ölən və xəsarət alanların adı məlum olub.
Gecə saatlarında Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.
Respublika Yanıq Mərkəzindən bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
***
Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.
Abşeron Rayon Polis İdarəsindən verilən xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.
Nəticədə ev yiyəsinin 3 yaşlı övladı dünyasını dəyişib. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR