18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Zaman niyə daha tez keçir? - ELMİ İZAH
“İnsan böyüdükcə zaman nə üçün daha tez, daha sürətlə gedir?”
Emtv.az-ın xəbərinə görə, Kaliforniya Universitetinin alimi Ceyms Brodvey “Scienctific American” jurnalına müsahibəsində bu sualın cavabını verib.
O, belə deyib: “İnsan zamanı iki tərzdə qəbul edir. Birinci perspektiv, yəni gələcəkdə baş verə biləcək hadisəni öncədən dəyərləndirmək. İkincisi retrospektiv üsul (Yəni keçmişə baxış, keçmişdə baş vermiş hadisələrə nəzər salmaq). Zaman hissinə hazırda nə ilə məşğul olduğumuz və nə hiss etdiyimiz də təsir edir. Hər yeni işin sona çatması zaman hissini daha sürətləndirir. Əgər biz beynimizdə yeni bir işlə məşğul oluruqsa, retrospektiv zamanda bu vaxt bizə daha uzun gələcək.
Səbəb isə odur ki, beynimiz yalnız yeni və təkrar olunmayan hadisələri yazır. Bizim keçmişlə bağlı mühakimələrimiz yaşadığımız yeni xatirələr üzərində qurulub. Siz tətil zaman nə qədər yeni işlə məşğul olsanız, bir o qədər zaman sizə uzun gələcək.
Bu, uşaqlıqda vaxtın niyə uzun getməsini izah edir. Bizim dünyaya bağlı yeni kəşfləri uşaqlıq və gənclik dövrümüzdə öyrənirik. Ona görə də, retrospektiv beynimizə elə gəlir ki, uşaqlıqda vaxt daha uzun olurdu. Bütün bunları ümumiləşdirsək, deyə bilərik ki, əslində zamanın tez və ya gec keçməsi kimi bir anlayış yoxdur. Yəni zaman eyni sürətlə hərəkətdədir. Sadəcə gördüyümüz işlər zamanı bizim üçün qısa və ya uzun edir”.