SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Astroloji proqnoz - 20 oktyabr

20-10-2016, 07:24 | Oxunub: 7 618 |

Astroloji proqnoz - 20 oktyabrQoç - çoxdan bəri qarşınıza qoyduğunuz məqsədlərdən birinə çatacaqsınız. Qətiyyətli və inadkar olun. Yolunuzda sədlərlə maneələr yaranırsa, onları dəf edin. Yeni müttəfiqin sayəsində yaranan problemləri birlikdə həll edə biləcəksiniz. İşgüzar və şəxsi münasibətlər üçün əlverişli zamandır.
Buğa - gəlirlər istsina deyil. Xərclər çox olsa da, maliyyə problemləri yaranmayacaq. Qəfil hədiyyə, köhnə dostlar və ya qohumların xoş sürprizləri ola bilər.
Əkizlər - yeni işə başlamaq və ya layihəni reallaşdırmaq üçün uğurlu gün deyil. Bir qədər əvvəl başladığınız işi bitirin. Təcili həllini tələb edən məişət problemi yarana bilər. Qayda yaratmaq üçün bir qədər vaxt lazımdır. Müstəqil çalışın. İstənilən alət və mürəkkəb texnika ilə ehtiyatları davranın. Nasazlıq və ya sıradan çıxma ola bilər.
Xərçəng - ünsiyyət, dostlarla görüş, qonaq qəbulu üçün əlverişlidir. Planlaşdırılmamış səfər də ola bilər. Səfərə könülsüz yollansanız da, evə yaxşı əhvalla qayıdacaqsınız.
Şir - istənilən format və mürəkkəblik səviyyəsindəki problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizdən məsləhət və ya yardım istəyirlər. Qeyri-formal şəraitdə işgüzar görüşlər yaxşı keçəcək.
Qız - yeni, birgə kommersiya layihəsi ilə bağlı işlər yaxşı gedə bilər. Gəlir istisna deyil. Maliyyə müşküllərini sürətlə, ən əlverişli şəikldə həll etməyə çalışın.
Tərəzi - sevdiyiniz insanla fikir ayrılıqları ola bilər. Fəqət, münaqişəyə yol verməsəniz, münasibətlərdəki harmoniya tezliklə bərpa olunacaq.
Əqrəb - yaranan problemləri effektiv həll etmək üçün yaxşı gündür. İstirahət və əyləncə ilə bağlı fikirləri bir qədər təxirə salın. Günün maliyyə fonu əlverişlidir. Aktiv çalışın. Fiziki iş yorucu, usandırıcı təsir bağışlamayacaq.
Oxatan - sevdiyiniz insanla münasibətlərə dəyər verin, həssas olun. Yaşam arealında dəyişikliklər etmək zamanıdır. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - kiçik anlaşılmazlıqlar və ixtilaflar əhvalınızı korlamasın. Baş verən olaylara rəğmən nikbin olun. Pərişanlığa qapılmayın . Günün ikinci yarısında yaxın bildiyiniz insanın yardımı ilə çətin problemin çözümünü tapacaqsınız.
Dolça - işlər planlaşdırdığınızdan bir qədər artıqdır. Səy göstərsəniz və qətiyyətli olsanız, problemləri vaxtında həll edə bilərsiniz. Kiçik problemlər əhvalınızı pozmasın. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Pozitiv emosiyaları yaxın ətrafınızdakı insanlarla paylaşın. Belədə münasibətlərdə rəvanlıq formalaşar.
Balıqlar - Rasionda eksperimentlər etməyin. Planlaşdırılmamış görüşlərdən biri xoş təəssüratlar yarada bilər. Peşəkar fəaliyyət sahəsindəki problemlərin həllində sizə yardım edə biləcək insanla əlaqə saxlayın. Köhnə borclardan birini qaytaracaqlar.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR