SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Faiq ƏHMƏDOV-ALLAHUN ƏKBƏR SƏSİ...

19-10-2016, 14:17 | Oxunub: 13 794 |

Faiq ƏHMƏDOV-ALLAHUN ƏKBƏR SƏSİ..."Müstəqil-Lider" ictimai-siyasi, publisistik jurnalının baş redaktoru Faiq Əhmədovun növbəti yeni şeirini sizə təqdim edirik:
ALLAHUN ƏKBƏR SƏSİ...
(1990-1993)
Başlayaraq söhbəti,
Nəql edim rəvayəti,
Bax bu cür zəmanədə
Həm təzə, həm köhnədə,
Zəmanəmiz gəldi kor,
Gözümüz önünə gəldi tor.
Çox ağlar qayıtmadan,
Qanları qaratmadan,
Son 16-ildən deyim.
Ya elə belədən deyim,
Uzun illərdən bəri
Babat yaşayan ESSRİ
Düşdü əcəb vəziyyətə
Kim gəldi hakimiyyətə?
Qorbaçovuydu gələn.
Dünyanı uzaq görən
Bir siyasət yeritdi
İşini birdən əritdi.
Aşkarlığı ad elədi,
Amerkanı şad elədi.
Hamını birdən ayıtdı,
ESSRİ-ni dağıtdı.
Bizdə bu aşkarlığın
Gördük bircə karını.
Öz dilimiz viran idi
Məscidlər qadağan idi.
"Allahun əkbər" səsi
Sevindirdi hər kəsi.
Bu səsi eşitmiyirdik,
Çox şükür ki, eşitdik.
Şükür etdik yaradana
Son qoyduq qadağana.
Biz Azərbaycanlılar
Əhli müsəlmanlılar
Hamı kimi özü üçün,
Tələsdik xalq sözü üçün.
Gör nələri istədik,
Müstəqillik istədik.
Qüvvət azdı qolunda
Müstəqillik yolunda
Öz atdığını atanda
O dağlıq yervanda
Nələr oldu İlahi?
Qaçqınlardan siyahı,
Tez bir vaxtda tutuldu.
Erməni tez qudurdu.
Az oldu onun illəri,
Rusların köməyi.
Dilləndi birdən birə
Dedi, deyirəm bir kərə
O, Qarabağ torpağınızı
Həm dərə, həm dağınızı,
Siz bizlərə qaytarın,
Bizimlə tamam qurtarın.
Az bir milləti olan
İndiki Ermənistan
Millətçilik adıyla
Yüz fitnə fasadıyla
Yaranandan bu yana
Bizim Azərbaycana
Qovaladı millətimizi
Yerə vurdu hörmətimizi
Bu başlanğıc şəridi,
Vəzirov rəhbər idi.
Batdı təmiz qanlara
Dinsiz imansızlara
Harınlayıb qudurmuş
Damazlayıb oturmuş
Rəhbərlik stulunda.
Xəlqimin hər yolunda,
O, bir iş görməyirdi,
Susurdu dinməyirdi.
Onun müqavilində
Millət yeridi yerində
Etirazını bildirib
Səbirin boğub öldürüb
Nümayişlərə çıxdı,
Bu iş Vəzirovu sıxdı.
Boynu olan cilovlu
Bu alçaq köpəkoğlu
Qorbaçova zəng vurub
Danışıq ilə əng vurub.
Bakıya ordu çağırdı,
Hiylə ordu çağırdı!
Qızıl ordu adlanan
Gəldi tökdü qızıl qan.
Əli yalın insanların,
Əhli müsəlmanların...
20-yanvar günü
Oldu dərd qubar günü.
Bu Bakı şəhərində
Onun küçələrində
Qərənfillər düzüldü
Gözlərdən yaş süzüldü
Görünməmiş müsübət
Sonra oldu cinayət
Tarixlərə yazıldı
Yaddaşımızda qaldı
Xalqın kin qəzəbindən
Törətdiyi əməlindən
O, tək Vəzirov həmən
Tikdirmək istədi hamam
Qorxuya düşdü qaçdı
Moskvaya ayaq açdı
Gəldi hakimiyyətə Ayaz
Çox-çox ağıldan dayaz,
Başladı fəaliyyətə
O da düşdü niyyətə
Çox deyirdi özündən
Belə çıxırdı sözündən
Ruslara yaltaqlanan,
Onlara tabe olan
Arzusu ürəyində
Qaldı o köpəyində
Sessialar başladı
Xalq boğazın yaşladı
Elə bu sessialarda
Vəzifə üçün azarda
Yalan palan-cız tapan
Hərəsi bir söz deyirdi
Öz-özlərini öyürdü
Bəzən biri-birinən
Nalayiq sözlərinən
Vəşi olub didişirdi
Elə ki, dava düşürdü
Tribunadan beş daqa
Bizim Hacı Əbdül qağa
Hacıleylək məsələsin
Çəkdi hamı gülüşdü
Bu da bir darğın işdi.
Xalq cəbhəsi yarandı,
Gör bu nə cür zamandır,
Bakıda düşdü çəkişmə
Gəl indi dərdə düşmə.
Vətən öz daxilindən...
Ağacı qurd içindən
Məsəl var ki, tez yeyər
Düşmən baxar gözləyər.
Ölsə cənnəti olmaz
Namus qeyrəti olmaz.
Rəhim Qazıyevləri
Yıxdı çoxunun evlərin
Şuşa çıxdı əlimizdən
Qalxmadıq yerimizdən
Ağlayanlar gülmədi
Heçdə ayra bilmədi
Onlar ağı qaradan,
Çıxdı Ayaz da aradan
Xalq cəbhəsinin lideri
Duymayan xeyir-şəri
O, Əbülfəz Elçibəy
Çəbhə oldu ona kömək
Düşdü namizədliyə
Gəldi prezidentliyə
Adıyla ucalmadı
O bunu heç bacarmadı
Hamısı öz-özlüyündən
Bəlkə təmizliyindən
Yaman narazı qaldı
Yan-yörəsindəkiləri
Tanımadı O, heç birin
Elə bunun ucbatından
Çox insan həyatından
Yaman narazı qaldı
Gözlərdə arzu qaldı
Xoş günlərdən bir məsəl
Getdi qızıl Kəlbəcər
Xalqımızın həyatı
Azadlıq hərəkatı
Heç yaxşı alınmadı
Keçmiş yada salınmadı
Nəysə balam əlqərəz
Keçmiş rəhbər Əbülfəz
Rəhbərliyini tərk edib
O, öz işini bərk edib
Tez qayıtdı Kələkiyə
Dedi gedirəm hələliyə
Xalq cana doymuş idi
Artıq ayılmış idi
Vəziyyət çox ağırdı
Xalq Əliyevi çağırdı
Gəlsin Azərbaycana
Salsın işi səhmana
O, Əliyev qocaman da
Vaxtilə Naxçıvanda
Naxçıvan camaatının
Hər dəqiqə, hər saatının
Qayğılarına qalırdı
Qəlblərdə ucalırdı.
Şərqin böyük Şiri olan
O, yaşadı uzun zaman
O, öz siyasəti ilə
Tanrının köməyi ilə
Yaşatdı bu milləti
Xar elədi düşməni
Vətən ağ günə çıxdı
Dərd-qəmimiz qurtardı.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR