SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

BDU-da Müstəqillik günü qeyd edildi

18-10-2016, 13:14 | Oxunub: 15 677 |

BDU-da Müstəqillik günü qeyd edildiBu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Emtv.az-a verilən məlumata görə, universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor Abel Məhərrəmov XX əsrin Azərbaycan xalqının həyatında çox böyük mübarizələr əsri olduğunu deyib. Rektor bildirib ki, ötən əsrdə müstəqil dövlətimizin qurulduğunu, 1991-ci ilin 18 oktyabrında yenidən əldə etdiyimiz müstəqilliyin bu mübarizələrin məntiqi nəticəsi kimi tarixə düşüb.
Rektor ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə müstəqilliyin memarı və qurucusu kimi daxil olduğunu, ulu öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, doğma vətənə olan qayğısı nəticəsində müstəqillik tarixinin əbədiləşdiyini qeyd edib.
Prezident İlham Əliyevin dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirdiyi fikirlərə toxunan rektor, öz növbəsində, bu illər ərzində ölkəmizin bütün istiqamətlər üzrə çox böyük uğurlara imza atmasından, Azərbaycanın dünyanın aparıcı ölkələrindən birinə çevrilməsindən də bəhs edib.
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı isə bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb, Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib. Bu gün prezident İlham Əliyevin yorulmaz, çoxşaxəli və zəngin fəaliyyəti Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb və şübhə yoxdur ki, yaxın illərdə ölkəmiz dünyanın ən güclü dövlətlərindən birinə çevriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR