18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
FİFA Azərbaycan - Norveç matçındakı hadisəyə görə araşdırmalara başladı
FİFA Norveç yığmasının futbolçusu Ule Kristian Selnaesə qarşı araşdırmalara başlayıb.
Emtv.az Norveç mətbuatına istinadən xəbər verir ki, buna səbəb futbolçunun stadionun tunelində Azərbaycan millisi ilə keçirilən görüşdə hakimlər briqadasına etiraz etməsi olub. Oyunun baş hakimi olan israilli referi Liran Liani etirazlara görə norveçli futbolçuya qırmızı vərəqə göstərib və protokolda qeyd edib.
Lakin FİFA araşdırmala başlayıb və Selnaesin San Marinoya qarşı oynamasına icazə verib.
22 yaşlı dayaq yarımmüdafiəçi məsləylə bağlı fikirlərini bildirib. O, Bakı Olimpiya stadionunun tunelində hakimlərə “Hər şeyə fit çaldız, bizi çətin vəziyyətdə qoydunuz” dediyini söyləyib. Selnaes bu sözlərdən başqa heç nə demədyini qeyd edib:
“Yalnız bu sözləri demişəm. Tunel səs-küy idi. Orada çoxlu adamlar var idi. Başqalarının dediyinə məsuliyyət daşıya bilmərəm”.
Bundan əlavə, Norveç millisində köməkçi məşqçi kimi çalışan Martin Foystonla da bağlı araşdırmalara başlayıb. O, açıqlamasında 4-cü hakim olan Eytan Şmuelevitzə təşəkkür etmək istədiyini bildirib, lakin hakim ona aralı durmağı tələb edib.
Qeyd edək ki, FİFA oktyabrın 27-də qərarını açıqlayacaq.