18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bu gün Dünya Psixi Sağlamlıq Günüdür
Hər il oktyabrın 10-u Dünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan beynəlxalq günlər siyahısına daxil edilib. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hazırda dünyada 450 milyondan çox insan psixi xəstəlikdən əziyyət çəkir.
DST-nin hesablamalarına görə, fövqəladə hallarda psixi pozuntu göstəriciləri, bir qayda olaraq 2 dəfə artır. Psixi pozuntular infeksion və qeyri-infeksion xəstəliklərin inkişafının risk amillərinə aid edilir. Dünya Psixi Sağlamlıq Gününün məqsədi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu gün psixi sağlamlığın möhkəmləndirilməsi istiqamətində qlobal səviyyədə daha çox açıq müzakirələrə imkan yaradır. Eləcə də psixoloji xəstəliklər, psixi pozğunluğun profilaktikası və müalicə xidmətlərinə sərmayə yatırılmasını stimullaşdırmaq üçün müəyyən tədbirlər görülür.
Psixi pozuntudan əziyyət çəkən vətəndaşların hüquq və azadlıqlarının qorunması Azərbaycanda da prioritetdir. Hazırda ölkəmizdə psixiatrik yardım 2001-ci il sentyabrın 3-də qəbul olunmuş “Psixiatrik yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İctimai səhiyyənin vacib vəzifələrindən biri olan psixi sağlamlığın qorunması istiqamətində Azərbaycanda müxtəlif tədbirlər keçirilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2015-ci ildə ilk dəfə qoyulan diaqnozla qeydə alınan psixi xəstələrin sayı cəmi 5 min 107 nəfər olub. Ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı isə 96 min 79 nəfər təşkil edib.